Unibank Premyer Liqasının 10-cu turu “Xəzər Lənkəran”ın futbolçusu Xaqani Məmmədov üçün əlamətdar olub. Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, 34 yaşlı hücumçu karyerasında ilk dəfə bu komandanın kapitanı kimi meydana çıxıb.
Xaqani cənub təmsilçisinin tarixinə kapitan sarğısı ilə meydana çıxan 17-ci futbolçu kimi düşüb. Bununla da “Xəzər Lənkəran”ın tarixində qeyri-adi hadisə yaşanıb. Məsələ burasındadır ki, klubun 6 illik tarixində iki qardaş kapitan qeydə alınmamışdı. Xaqaninin kiçik qardaşı, “Xəzər Lənkəran”ın sabiq futbolçusu Füzuli Məmmədov da vaxtilə sarğı ilə meydana çıxıb. Bu isə o deməkdir ki, komandanın kapitanları siyahısında iki qardaşa təsadüf olunur. Belə olay isə dünyada heç də hər gün rast gəlinən fakt deyil. Hər halda, kapitan qardaşları çox nadir hallarda tapmaq olar.
Xaqanidən 1 yaş kiçik olan Füzulu 2008/09 mövsümünün Azərbaycan kubokunun 1/8 final mərhələsinin NBC (indiki “Muğan”) ilə oyunlarında meydana kapitan kimi çıxmışdı. Həmin görüşlərin hər ikisində - 2008-ci il oktyabrın 30-da Lənkəranda və noyabrın 6-da Salyandakı oyunlarda Məmmədov və komanda yoldaşları eyni hesabla qalib gəliblər - 3:0.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın tarixində (bütün rəsmi yarışlar) 236 oyun olsa da, bunların biri baş tutmayıb. Komandaya “Şəfa” ilə oyunda (2004/05 mövsümü) texniki qələbə verilib. Daha iki matçın nəticəsi ləğv olunduğundan, həmin görüşlərdəki kapitanlıqlar nəzərə alınmır. Digər 234 oyunda isə ən çox kapitan sarğısını daşıyan iki il öncə komandanı tərk edən, hazırda “Bakı”da oynayan Mahmud Qurbanov olub.
“Xəzər Lənkəran”ın bütün kapitanları:
1. Mahmud Qurbanov – 59 dəfə
2. Kamran Ağayev - 46
3. Emin Quliyev - 25
4. Samir Əliyev - 24
5 . Zaur Ramazanov - 23
6. Dmitri Kramarenko - 19
7. Arif Əsədov - 14
8. Elmar Baxşıyev - 10
9. Bəxtiyar Musayev - 4
10. Alim Qurbanov - 2
11. Füzuli Məmmədov - 2
12. Junior Osvaldo - 2
13. Aleksandr Martyoşkin - 1
14. Ədəhim Niftəliyev - 1
15. Rəşad Abdullayev - 1
16. Rahid Əmirqulıiyev - 1
17. Xaqani Məmmədov – 1
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya