Futbol mütəxəssisi Aslan Kərimov Qol.az-a müsahibəsində Premyer Liqamızda başa çatan birinci dövrədə komandaların çıxışını dəyərləndirib, milli komandamızın DÇ-2022-nin seçmə mərhələsindəki uğursuz çıxışlarından və digər məsələlərdən danışıb.
- Premyer Liqamızda ilk dövrə başa çatdı. Çempionatın bura qədər olan hissəsi haqda nə demək olar?
- Əslində gözlədiyim bir çempionatdır. Düzdür, düşünürdük ki, əvvəldən mübarizə “Qarabağ”la “Neftçi” arasında gedəcək. Bəzi komandalar gözlədiyimizdən daha aşağı, bəziləri daha yaxşı səviyyədə çıxış etdilər. Məsələn, “Qəbələ”nin ilk turlarda bu cür çıxışını heç birimiz gözləmirdik. Hamı bilirdi ki, maddi durumları yaxşı deyil. Amma buna baxmayaraq, çempionatın bir neçə turunda ilk pillədə oldular. “Sabah” haqqında isə onu deyə bilərəm ki, bütün dövrə ərzində cəmi bir xal toplamalarını gözləmirdim. Ancaq hələ qarşıda 3 dövrə var, hər şey dəyişiləcək.
- “Qəbələ” çempionatın sonuna qədər bu tempi davam etdirə bilər?
- Düşünürəm ki, davamlı olması çətindir. Əlbəttə ki, yığdıqları heyətlə avrokuboklara düşmək üçün mübarizə aparacaqlar. Amma bəlkə də buna qədər rəqiblər onlara ciddi yanaşmırdılar, futbolçular daha rahat oynayırdılar. Uduzsalar belə, heç kim onlara bir söz deyəsi deyildi. Bu sərbəstlik bugünkü nəticənin bir səbəbidir. Düşünürəm ki, bunun uzun müddət davam edəcəyi çətindir. Çünki ortada “Zirə” də var. “Sabah” baxmayaraq ki, xal toplaya bilmir, amma komanda olaraq həmişə “Qəbələ”yə başağrısı olub. O cümlədən “Səbail” də. “Neftçi” və “Qarabağ”a qarşı isə şansları azdır. Yəni bu nəticələr uzun müddətli olası deyil.
- “Zirə”, “Sumqayıt” və digər komandaların çıxışını necə dəyərləndirirsiniz?
- “Sumqayıt” gözlədiyim bir oyunu sərgiləyir. Özlərinə məxsus bir oyun üslubu var ki, onu davam etdirirlər. Beşli müdafiədən oynayıb, daha çox rəqiblərini əks hücumlarda yaxalayırlar. Qazandıqları uğurlu nəticələri bu strategiyanın sayəsində edirlər. “Zirə” isə ötən mövsüm etdikləri səhvlərdən əməlli başlı dərs çıxara bilib. Ötən mövsüm oyunçularının fərdi səhvindən Konfrans Liqasına düşə bilmədilər. Yadınızdadırsa, “Keşlə” ilə oyunda “Zirə”nin futbolçusunun lazımsız hərəkəti penaltiyə səbəb oldu və komanda geriyə düşdü. Bundan başqa, qapıçılarının da səhvini göstərmək olar. Bu mövsüm isə belə səhvlər yoxdur, əksinə Rəşad Sadıqovun komandası bütün oyunlarda dominant, topa sahib olur. “Qarabağ”a qarşı oyunda da bunu nümayiş etdirə bildilər. Düşünürəm ki, “Zirə” bu mövsümün sonu avrokuboklara getməyə real namizədlərdən biridir. “Qarabağ” və “Neftçi” isə ən iddialılardandır. Çempionatın gedişidində bunu görəcəyik.
- Milli komandamızın DÇ-2022-nin seçmə mərhələsində cəmi 1 oyunu qalıb və 1 xalımız var. Komandamızın uğursuz çıxışlarına bu dəfə nələr səbəb oldu?
- Milli komandadan bəzən çox şey gözləyirik. Ancaq mən bəzən çox şey gözləmirəm. Bunu futbolçularımıza tənqid kimi demirəm. Biz hansısa qrupda uğur da qazana bilərik, ancaq bu, hansısa əzmkarlığın hesabına olur. Yəni böyük ustalıq səviyyəsinə görə olmur. Futbolçuların il ərzində oynadığı oyunlar üst səviyyədə olmalıdır. Sən Azərbaycan çempionatında oynamaqla İngiltərə, Almaniya, İtaliya çempionatlarında oynayan futbolçulara qarşı uzunmüddətli uğurlu çıxış edə bilməzsən. Bizdə yalnız “Qarabağ”ın futbolçuları il ərzinə daha çox beynəlxalq səviyyəli oyunlar keçirir. Serbiyanın oyunçularına baxırsan, Bundesliqa, A seriyasında oynayırlar. Bizdə isə yalnız Mahir Emreli və Namiq Ələsgərov normal çempionatda çıxış edir. Düzdür, Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha səviyyəlidir, ancaq hələ kifayət etmir. İndiyədək Avropa çempionatına vəsiqə qazanan kiçik futbol ölkələrinə baxın: Albaniya, Makedoniya, Bosniya və Herseqovina. Bunlar nə vaxt uğur qazanıb? Nə vaxt ki, heyətlərinə 6-7 oyunçu top səviyyəli çempionatda oynayıb. Bizim də ilk növbədə daxili çempionatda klub sayı artmalı, sonra isə futbolçularımız legioner həyatı yaşamalıdır. Həm də yaxşı çempionatlarda. Ən azından İtaliya B seriyasında, İspaniya Sequndasında oynamalıdırlar ki, bizim millimiz də stabil uğurlu çıxış etsin. İndiki vəziyyətdə ancaq biz püşkə ümid edə bilərik ki, daha zəif rəqiblə, yəni reytinqi yüksək olsa da, yaxşı vəziyyətdə olmayan komanda ilə düşək.
- Məgər millimizin uğursuz çıxışı sırf qeyd etdiyiniz məsələ ilə bağlıdır?
- Xeyr, sözsüz ki, biz bu qrupda daha çox xal qazana bilərdik. Hansısa oyunda əzmkarlığımız çatmadı, hansısa görüşdə taktiki cəhətdən səhv oynadıq. Bu qrupda indiyədək bir xal götürməli deyildik. Lüksemburq və İrlandiya ilə oyunlarda qalib gələ bilərdik. Serbiya ilə evdəki oyunumuzda da yaxşı nəticə qazana bilərdik. Bunun də silsilə səbəbləri var. Biz hər şeyi düz etməliyik ki, ondan sonra düşünək ki, bəlkə bu məşqçi olmasaydı, yaxşı oynayardıq, bu sistem olmasa, başqa cür olardı. İndiki halda isə məşqçilərimiz də dəyişsə, futbolçular da başqası olsa, yüz faiz deyə bilmərik ki, bu qrupda uğurlu olacağıq.
- Millimizin baş məşqçisi Canni De Byazinin gələn ay müqaviləsi başa çatır. Məşqçi özü artıq Kosovo millisini çalışdırmaq istədiyini açıqlayıb. Sizcə, millimizdən getməyinin vaxtıdır?
- Mən hər zaman yerli mütəxəssislərin tərəfdarıyam. Düşünürəm ki, bundan sonra da hər hansı yerli mütəxəssis millimizdə işləsə, daha faydalı olar. Çünki bu səviyyədə olsa belə, oyunçuları başa düşmək, onların mentalitetini bilmək çox vacibdir. Bu, daha effektli olar. Ancaq rəhbərlik De Byazi ilə hansı şərtlər altında müqavilə bağlayıb, qarşıya hansı məqsədləri qoymuşdular, bunu bilmirəm. Subyektiv fikrim odur ki, De Byazinin müqaviləsi bitəndən sonra getməsi məsləhətdir. Əvəzinə isə hansısa yerli mütəxəssislərimizdən birinin işləməsini istərdim.
- Məsələn, hansı yerli məşqçi?
- Mənim iki namizədim var. Onların biri Rəşad Saıdıqov, digəri isə Samir Abasovdur. Düşünürəm ki, onlar biri millidə işləsə, De Byazidən daha effektli olar.
Ramiq AĞAMƏMMƏDOV
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı