"Həqiqətən bizim üçün vacib oyun idi. İlk matçdan etibarən qrupa yaxşı nəticə ilə başlamaq istəyirdik. Birinci matç Bakıda İsveçrə "Bazel"inə qarşı oldu. Oyunumuz pis alınmadı. Kipr səfərində isə 3 xal qazanmaq çox vacib idi".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsində Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub etdikləri matçdan sonra Bakıdakı qarşılama zamanı deyib.
49 yaşlı mütəxəssis "Bazel"lə görüşdəki istəyi Nikosiyada da göstərmək niyyətində olduqlarını bildirib: "Bu, mənim üçün çox önəmli idi. Nəticə öz yerində, futbolçular demək olar ki, 90 dəqiqə oyundan qopmadılar və bütün fikirləri, diqqətləri görüşdə idi. Bəzi epizodlarda rəqibin də üstünlüyünü nəzərə almaq lazımdır. "Omoniya" evdə və öz azarkeşlərinin önündə oynayırdı. Bizim bəzi texniki səhvlərimiz oldu. Qələbə ilə birlikdə yaxşı oyun göstərdik. Hər epizodda, təkətək mübarizələrdə futbolçular bir-birini sığortaladı. Sürətli hücumlarda da özlərini ən yaxşı tərəfdən göstərməyi bacardılar. İlk hissədən sonra 0:1 hesabı ilə məğlub durumda idik, amma sonda qələbə qazana bildik".
Qurbanov rəqibin oyun keyfiyyətləri haqqında da danışıb: "Onların çempionatdakı və I turda Qazaxıstan "Kayrat"ı ilə görüşlərini izləmişdik. Rəqibin fərqli sistemlərdə oynaması məni narahat edirdi. Ön xətdə və cinahlarda çox sürətli oyunçuları var. Buna görə narahat idim. Amma müdafiəçilərimiz rəqib hücumlarının qarışını ala bildilər. Hesab bizi aldatmamalıdr. Bəzən hesab komandaları, futbolçuları və məşqçiləri aldadır. "Omoniya" qrupda istənilən rəqibə qalib gələcək gücdədir. Çünki özlərinə məxsus oyun üslubları var və əks-hücumları həddindən artıq sürətlidir. Düşünürəm ki, yaxşı komanda üzərində yaxşı qələbə qazandıq".
Təcrübəli baş məşqçi futbolçuların fiziki hazırlıqlarının normal olduğunu diqqətə çatdırıb: "Sıx qrafik olanda oyunları eyni tempdə keçirmək futbolçular üçün asan deyil. Bəzən futbolçulardan və bizdən asılı olmayan səbəblərə görə oyunçular matça yorğun çıxır. İki gün sonra Premyer Liqada "Qəbələ" ilə oyunumuz var. Demək olar ki, qarşılaşmaya kimi heç üç sutka vaxtımız olmayacaq. Bu da futbolçu üçün çox azdır. Həm də bütün gecəni yol gəlmişik. Matçın yorğunluğunu bərpa etmək asandır, nəinki yol yorğunluğunu. Dəfələrlə belə situasiyalara düşmüşük. Çalışırıq ki, ən yaxşısını edərək futbolçuların bərpa olunmasına kömək edək. Daha diqqətli olsaq bu hazırlıqla futbolçular daha yaxşı idman forması əldə edəcəklər".(Report)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı