"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo Mançesterdəki mənzilini dəyişib.
Qol.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Bildirilib ki, İngiltərəyə qayıdan portuqaliyalı hücumçu əvvəlcə şəhərin şimal hissəsində yerləşən lüks bir malikanəyə yerləşib. Ancaq bir neçə gündən sonra hücumçu və ailəsi yeni mənzil axtarmalı olub.
Ronaldo qeyri-adi səbəbdən başqa evə köçmək qərarına gəlib. Mənzilin yaxınlığında qoyun fermasının olması 36 yaşlı oyunçunun xoşuna gəlməyib. Bu heyvanların səsi Kriştianonun yatmasına mane olub.
"Ev dağlıq tarlalar və meşələr arasında yerləşir. Yaxınlıqda bir təsərrüfat var və orada yetişdirilən qoyunlar xüsusilə səhər saatlarında səs -küy salmağı sevirlər. İkinci səbəb təhlükəsizlikdir. Evin yaxınlığından ictimai piyada yolu keçir.
Ronaldonun oyundan sonra istirahətə və sağlamlığa çox diqqət yetirən əsl peşəkar olduğuna görə evini dəyişdirməyə qərar verib".
Futbolçunun yeni evi Çeşirdə yerləşir. Malikanənin üzgüçülük hovuzu, kinoteatr otağı və dörd avtomobil üçün qarajı var.
Xatırladaq ki, Ronaldo bu mövsüm "Mançester Yunayted"də 2 oyun keçirib və 3 qol vurub.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi