Ənvər Abbasov Azərbaycanın istedadlı aktyor və ssenaristlərindən biridir. Tamaşaçıların hər zaman könlünü açan bu gülüş ustası həm də qatı futbol azarkeşidir. Bunu onun Qol.az-ın suallarını cavablandırarkən görmək olur.
Yeri gəlmişkən, Ə.Abbasov bu müsahibədə də duzlu zarafatlarından qalmayıb.
- İdmana, futbola marağınız necədir?
- İlk öncə Qol.az saytının oxucularını, futbol azarkeşlərini salamlayıram. Bunu sözgəlişi demirəm, həqiqətən də Qol.az-ı həmişə oxuyuram. Həmişə yeni xəbər lazım olanda bilirəm ki, bu saytda olacaq və girib baxıram. Futbola marağım çoxdur. Həm baxmağı, həm də oynamağı xoşlayıram. Həyatımın hardasa 10 faizi futboldan ibarətdir. Futbol mənim istirahət növlərimdən biridir. Futbolun xəstəsiyəm, özü də nəyi var.
- Hansı kluba azarkeşlik edirsiniz?
- Təbii ki, “Qarabağ”ın azarkeşiyəm. Özüm də ağdamlıyam. Klubun mənə doğma olmağı həm də ağdamlı olmağımdan irəli gəlir. Elə adamlar var ki, “Qarabağ”ın son 10 ildə göstərdiyi uğurlu oyunlara görə komandaya azarkeşlik edir. Amma mən “Qarabağ” çempionatda 8-9-cu yerlərdə olandan bu komandanın fanatıyam. Onda hələ klubun adı “Qarabağ Azərsun” idi.
- Xarici klublardan hansını dəstəkləyirsiniz?
- Dəhşətli dərəcədə “Qalatasaray”a azarkeşlik edirəm. Bir dəfə gedib Türkiyədə oyunlarına da baxmışam. İmkan olsa, yenə getmək istəyərəm. Amma “Qarabağ”la “Qalatasaray” oynasa, təbii ki, “Qarabağ”a azarkeşlik edərəm. Bir də Ronaldonun dövründən bəri Braziliya millisinin oyunlarını izləyirəm. Bu da başqa bir sevgidir.
- Futbolu stadiondan izləyə bilirsiniz? Vaxtınız olur?
- “Qarabağ”ın bütün oyunlarına gedirəm. Xarici klublarla oyunlarının demək olar ki, hamısını stadiondan izləmişəm. Cəmi bircə oyununa gedə bilmədim. Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə görüş olanda stadiona gedə bilmədim. Bax, məni o üzdü. Bilirəm ki, bir də elə oyun olmayacaq. Qardaşım oğlunun kiçik toyu idi. Nə qədər məktub yazdım, nə “Çelsi” rəhbərliyi, nə də UEFA oyunu təxirə saldı. Mən də qardaşım oğlunun kiçik toyunu təxirə saldıra bilmədim. Bircə həmin “Çelsi” ilə matçı stadiondan izləyə bilmədim. Ölkə çempionatının oyunlarına da vaxt tapan kimi gedirəm.
- Futbolçularla münasibətiniz necədir? Onların arasında dostlarınız var?
- Futbolçularla çox qırğın dostluğum yoxdur. Ancaq 2-3 nəfər var. Qara Qarayevlə dostluğumuz var. Onunla tez-tez görüşürük, oyunlar barədə danışırıq. Rəşad Sadıqovla dostluğumuz var. Düzdür, tez-tez görüşməmişik, amma telefon vasitəsilə əlaqəmiz olur. Mahir Emreli ilə İnstaqram üzərindən dostluğumuz var. Başqa da bir neçə nəfər var ki, görüşəndə futbolla bağlı söhbət edirik. Bir də Kriştiano Ronaldo ilə bir dəfə oturub xəngəl yemişik, vəssalam. Bircə bu olub.
- Xəngəli bəyəndi?
- Özü də necə!
- Futbolumuzun hazırkı durumu yəqin sizin də ürəyinizcə deyil.
- Bəli, açığı mənim də ürəyimcə deyil. Çünki futbolda rəqabət olanda daha maraqlı olur. Türkiyə çempionatını niyə maraqla izləyirik? Çünki orada əzəli rəqiblər var: “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”. Bizdə də əzəli rəqiblər olan komandalarımız var, amma onlarını çoxunu görmürük. Məsələn, “Kəpəz”, “Turan”, “Xəzər Lənkəran” və adları yadımdan çıxanlar. Çempionatda 16 komanda olanda çox yaxşı idi. “Xəzər Lənkəran”ın oyunları ləzzət edirdi. “Neftçi” – “Kəpəz”, “Kəpəz” – “Qarabağ” matçları var idi. Bu cür oyunlar olanda bir həftə əvvəldən qarşılaşma ətrafında müzakirələr aparırdıq, sonra matça baxırdıq. Onda daha həyəcanlı oyunlar olurdu. Bax, o günlər üçün darıxmışam. İndi derbi azalıb deyə çempionata maraq o qədər deyil. Təkcə son vaxtlar “Neftçi” – “Qarabağ” oyunu maraqlı olur.
Milli komandamıza gələndə, biz gözləyirdik ki, yığmamız Lüksemburqu udacaq, amma uduzdu. Sonra isə komandamız İrlandiyaya dişini göstərdi, güclü rəqiblə 1:1 heç-heçə etdi və bizi şoka saldı. Portuqaliya ilə isə heç-heçə edə bilsəydik, indi milli haqda başqa cür danışardıq. Gah yaxşı, gah da pis oynayırıq. Komandamızda stabillik yoxdur. Emin Mahmudovun qollarını qeyd etmək istəyirəm. O qolları biz Avropada görürük. Yadıma gəlmir ki, biz Azərbaycanda nə vaxt elə qol vurmuşuq. Doğrudan da çox gözəl qollar idi. Klublarımızdan isə üzümüzü güldürən yenə “Qarabağ” oldu. Qrup oyunlarına baxacağıq. “Neftçi” yaxşı oyun göstərdi. Onların oyunlarını uğursuz hesab etmirəm. Qollu oyunlar oldu. Hansısa takitiki səhvlər ola bilər, amma ümumən pis təsir bağışlamadı.
- Millimizin və klublarımızın son uğursuzluğu ilə bağlı nəsə bir ssenari, ya kiçik səhnəcik düşünürsünüz?
- Biz bu mövzuya toxunuruq. Futbola aid bəzi səhnəciklərimiz olub. Məsələn, Çindən oyunçu transferi, xarici ölkələrin birindən yanacaqdoldurma məntəqəsində işləyən futbolçunu guya transfer etmişik, indi burada meyxana deyir... Belə səhnəciklərimiz olub. Amma ümumi toxunuşumuz olmayıb. O barədə də fikirləşərik.
- Futbolda sizi ən çox güldürən nə olub?
- Futbolda maraqlı hadisələr çox olub. Biri yadıma düşür. “Qarabağ”ın avrokubok oyunlarında tutaq ki, komandaya qol vurmaq lazımdır, amma oyunun diktoruna icazə yoxdur ki, azarkeşləri ruhlandırsın. Sənan Şəfizadə mikrafona altdan-altdan deyirdi ki, “Gəlin, hamımız bir yerdə “Qarabağ”, “Qarabağ” qışqıraq”. Mənə çox gülməli gəlirdi ki, belə də yox də.
Ramiq AĞAMƏMMƏDOV

Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi