Mahir "Legiya"nın ən çox fayda verən futbolçusudur

Mahir "Legiya"nın ən çox fayda verən futbolçusudur
ÖLKƏ FUTBOLU 3 Sentyabr 2021 / 11:40 3371
-  A +

"Legionisci" nəşri Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya"dakı oyunçuların 2020/21 mövsümündən indiyədək göstərdikləri nəticələri açıqlayıb.

Qol.az xəbər verir ki, yığmamızın futbolçusu Varşava təmsilçisinə transferindən sonra çıxdığı 12 matçda ümumilikdə 710 dəqiqə meydanda olub, 6 qol vurub və 1 qolun ötürməsini verib. Beləliklə, 24 yaşlı hücumçu "Legiya"nın ən çox fayda verən futbolçusu adını qazanıb.

Qeyd edək ki, Mahir iyunun 8-də "Legiya" ilə 3 illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
topaz banner