Bu gün Azərbaycanın daha 5 idmançısı Tokio-2020-də mübarizəyə başlayacaq.
Qol.az xəbər verir ki, onlardan 3-ü güləş, 1-i karate, digəri isə gimnastika yarışlarında qüvvəsini sınayacaq.
50 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik Stalvira Orşuş (Rusiya), 97 kq çəkidəki Şərif Şərifov Abdulrəşid Sadullayevlə (Rusiya) üz-üzə gələcək. Hacı Əliyev (65 kq.) isə seneqallı Adama Diatta ilə güləşəcək. Hər üç idmançımız mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.
Karateçimiz Rafael Ağayev (75 kq.) B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
Fərdi proqramda yarışan bədii gimnast Zöhrə Ağamirova ardıcıl olaraq topla, halqa ilə, lentlə və gürzlərlə çıxışını təqdim edəcək.
Tokio-2020
6 avqust
Bədii gimnastika
Təsniifat mərhələsi: Zöhrə Ağamirova
05:42. topla çıxış
07:12. halqa ilə çıxış
10:12. lentlə çıxı.
11.42. gürzələrlə çıxış
06:30. Sərbəst güləş
65 kq
1/8 final. Hacı Əliyev - Adama Diatta (Seneqal)
97 kq
1/8 final. Şərif Şərifov - Abdulrəşid Sadullayev (Rusiya Olimpiya Komitəsi)
06:30. Qadın güləşi
50 kq.
1/8 final. Mariya Stadnik - Stalvira Orşuş (Rusiya Olimpiya Komitəsi)
12:00. Karate
B qrupu
Rafael Ağayev - Noa Biç (Almaniya)
Rafael Ağayev - Çuneari Yahiro (Avstraliya)
Rafael Ağayev - Nurkanat Ajiqanov (Qazaxıstan)
Rafael Ağayev - Luici Busa (İtaliya)
Qeyd edək ki, indiyədək Azərbaycanın 44 idmançısından 33-ü çıxışını bitirib, onlardan 3-ü bürünc medal qazanıb.
"Kəpəz"də yeni müqavilə
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu