Azərbaycan milli komandasının dünən Türkiyəyə qarşı keçirdiyi oyunda qazandığı qələbə ilə yanaşı vurduğu qol da müzakirə mövzusuna çevrilib. Künc zərbəsindən Mahir Şükürovun ötürdüyü topu əvvəlcə Vaqif Cavadov, sonra Rahid Əmirquliyev ayaqları arasından buraxdıqdan sonra Rəşad Sadıqov dəqiq zərbəylə topu qonaq komandanın qapısından keçirdi.
Qeyd edək ki, futbol ictimaiyyəti arasında «Azərbaycansayağı taktika» adlanan bu «ev tapşırığı»nın müəllifi millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovdur.
V.Sadıqov Qol.Az saytının müxbiri ilə söhbətində bu taktikanı hazırlamağının tarixçisindən danışıb:
- 1993-cü ildə, 34 yaşım olanda məni «Neftçi»yə baş məşqçi təyin etdilər. Həmin fikir məndə elə o vaxtdan var idi. Daha doğrusu, üç belə taktika mövcud idi ki, ən sonda biz indi futbolçularımızın istifadə etdiyi tapşırığın üzərində dayandıq. Bu, həmin üç taktidan birincisi olduğuna görə indinin özündə bu tapşırığı futbolçular «Birinci» adlandırırlar. Məsələn, oyun vaxtı futbolçu günc zərbəsi nöqtəsinə yaxınlaşanda «birinci» deyir və hamı başa düşür ki, artıq hansı taktikanı yerinə yetirmək lazımdır.
- Bu tapşırıq ilk dəfə nə vaxt həyata keçirilib?
- Səhv eləmirəmsə, 1994-95-ci il mövsümü idi. Baş məşqçisi olduğum «Neftçi» Bərdənin o vaxt «Pambıqçı» adlanan komandasını qəbul edirdi. İlk tapşırıqdaca Yaşar Vabahzadə sağ ayağı ilə topu rəqibin qapısından keçirdi. Yaşar həmin taktikadan vurulan ilk qolun müəllifidir. «Neftçi»də sağ tərəfdən ötürülən topları Yaşar Vabahzadə, sol günc nöqtəsindən verilən ötürmələrə zərbəni isə Yunis Hüseynov vururdu. Adətən, bu tapşırıq zamanı künc zərbələrini Mirbağır İsayevlə Kamil Bayramov yerinə yetirirdi, Samir Ələkbərovla Bəxtiyar Musayev topu ayaqları arasından buraxırdı, topun hansı cinahdan ötürülməsindən asılı olaraq isə Yaşar Vahabzadə ilə Yunis Hüseynov zərbə endirirdi.
- Bəs, beynəlxalq oyunlar zamanı bu taktikadan ilk qol nə vaxt vurulub?
- 1997-ci ildə rəhbəri olduğum U-18-in Avstriya üzərindəki tarixi qələbəsində qol bu taktika sayəsində vurulub.
Bundan başqa, MDB ölkələrinin kuboku yarışında Yaşar Vahabzadə Tacikistan çempionun qapısından belə bir qol keçirib. 1997-ci ildə Türkinistan millisiylə Bakıdakı qarşılaşmada Rasim Abışov rəqibə qol vurub. 1999-cu ildə Estoniya ilə matçda da bu tapşırığı yerinə yetirirdik. Həmin oyunu Rusiyanın «Krılya Sovetov» klubunun məşqçiləri də izləyirdi. İki gün sonra həmin klub yoldaşlıq görüşü keçirirdi. Onların oyunlarını izləyirdik və bu zaman ruslar da həmin taktikadan istifadə etdilər.
- Bu tapşırıqdan indi bizim klublarımız da istifadə edir.
- Kimisi bunu Azərbaycansayağı, kimisi də Vaqif Sadıqovsayağı taktika adlandır. Bu, əlbəttə ki, mənim üçün sevindiricidir. Avroliqa matçlarında «Qarabağ» da bundan istifa edirdi. Elə ölkə çempionatının gedişatında «Qarabağ»la yanaşı «Neftçi» də bu taktikaya üz tutur. Bu da həm ondan irəli gəlir ki, bizim gənc mütəxəssislər bir vaxtlar mənim rəhbərliyim altında futbolçu kimi fəaliyyət göstəriblər. Hazırkı futbolçulardan Rəşad Sadıqov, Mahir Şükürov və Vüqar Nadirov bu taktikayla daha yaxın tanışdırlar. Onların hər üçü ayrı-ayrı yaş qruppalarında mənim rəhbərliyim altında oynayıblar.
- Dünən Türkiyə kimi komandanın qapısına yenə sizin beyninizin məhsulu olan taktika sayəsində qol vurduq. İndi nə hisslər keçirirsiniz?
- Əlbəttə, gözəl hiss keçirirəm. Çox sevinirəm ki, bu qələbədə mənim də hansısa formada bir payım olub. Çox şadam ki, bu tapşırıq Azərbaycan futboluna öz damğasını vurub. Dünənki qələbədən sonra çox adam mənə zəng edib təbriklərini çatdırdı. Əsas odur ki, qazanan Azərbaycan futbolu olub.
- Deyəsən, Fransaya 0:10 hesabı ilə uduzduğumuz qarşılaşmada da bu tapşırıqdan istifadə edilib.
- Mən həmin oyunu yada salmaq istəməzdim. O vaxt komandaya Ağasəlim Mircavadov rəhbərlik edirdi. Rasim Abışovun endirdiyi zərbəni Bernar Lama çox çətinliklə dəf etdi. Deyəsən, bu tapşırıq yerinə yetirilərkən hesab açılmamışdı, ya da qapımızdan ilk qolu buraxmışdıq. İnandırım sizi, Rasimin zərbəsindən sonra bütün stadion ayağa durub bizi alqışladı.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı