Bu gün Azərbaycanın üç təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.
Qol.az xəbər verir ki, bunlar atıcı Ruslan Lunyov, yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Elis Manolovadır (68 kq).
Kiçikçaplı tapançadan kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışının birinci təsnifat mərhələsində 281 xalla 27 idmançı arasında 24-ci yeri tutan Lunyov bu gün ikinci təsnifat mərhələsində mübarizə aparacaq. Final mərhələsinə ən yaxşı nəticə göstərmiş 6 atıcı yüksələcək. Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci olub.
Güləşçilərimiz isə Tokio-2020-də ilk dəfə mübarizəyə başlayacaqlar. Hüseynov 1/8 finalda isveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə qarşılaşacaq.
Manolova isə 1/8 finalda Blessinq Oborududu (Nigeriya) ilə üz-üzə gələcək.
2 avqust
Kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma
2-ci təsnifat mərhələsi. Ruslan Lunyov
Yunan-Roma güləşi
77 kq
1/8 final. Rafiq Hüseynov - Aleks Kessidis (İsveç)
Qadın güləşi
68 kq
Elis Manolova - Blessinq Oborududu (Nigeriya)
"Kəpəz"də yeni müqavilə
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu