Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın 40 lisenziya üzrə 44 idmançı təmsil edir.
Qol.az-ın xəbərinə görə, iyulun 24-dən bu günə kimi mübarizəyə qoşulan 24 idmançımızdan 21-i çıxışını medalsız başa vurub. Bu gün daha iki idmançımız - cüdoçu Zəlim Kotsoyev və boksçu Məhəmməd Abdullayev 1/8 finalda uduzaraq yarışı tərk ediblər.
Olimpiada ilə erkən vidalaşan idmançılarımız bunlardır:
Cüdo: Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq)
Güllə atıcılığı: Emin Cəfərov
Boks: Tayfur Əliyev (57 kq.), Lorenzo Sotomayor (69 kq.), Məhəmməd Abdullayev (+91 kq)
Qılıncoynatma: Anna Başta
Veleyorüş: Elçin Əsədov
Üzgüçülük: Maksim Şemberev və Məryəm Şeyxəlizadəngah
İdman gimnastikası: İvan Tixonov və Marina Nekrasova
Taekvandoçu: Fəridə Əzizova və Milad Beiqi Xerçaqani
Triatlon: Rostivlas Pevstsov.
Badminton: Edi Reski Dviçahyo
Mübarizəyə qoşulan digər idmançılarımızdan boksçular Cavid Çələbiyev (63 kq.), 1/16 finalda, Alfonso Dominges isə 1/8 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Güllə atıcısı Ruslan Lunyov isə ilk mərhələlərdə uğursuz çıxış edib, amma 25 metr məsafə yarışında da qüvvəsini sınayacaq.
"Kəpəz"də yeni müqavilə
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu