Tokio-2020-də 16 idmançımız mübarizəni dayandırıb - Yenilənib

Tokio-2020-də 16 idmançımız mübarizəni dayandırıb - Yenilənib
TOKİO 2020 26 İyul 2021 / 14:16 4043
-  A +

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın 40 lisenziya üzrə 44 idmançı təmsil edir.

Qol.az-ın xəbərinə görə, iyulun 24-dən mübarizəyə qoşulan 19 idmançımızdan 16-sı çıxışını artıq başa vurub. Olimpiada ilə erkən vidalaşan idmançılarımız bunlardır:

Cüdo: Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.)
Güllə atıcılığı: Emin Cəfərov
Boks: Tayfur Əliyev (57 kq.), Lorenzo Sotomayor (69 kq.)
Qılıncoynatma: Anna Başta
Veleyorüş: Elçin Əsədov
Üzgüçülük: Maksim Şemberev və Məryəm Şeyxəlizadəngah
İdman gimnastikası: İvan Tixonov və Marina Nekrasova
Taekvandoçu: Fəridə Əzizova və Milad Beiqi Xerçaqani
Triatlon: Rostivlas Pevstsov.

Mübarizəyə qoşulan digər idmançılarımızdan boksçular Cavid Çələbiyev (63 kq.) və Məhəmməd Abdullayev (+91 kq.) 1/16 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər. Güllə atıcısı Ruslan Lunyov isə ilk mərhələlərdə uğursuz çıxış edib, amma 25 metr məsafə yarışında da qüvvəsini sınayacaq.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner