Bu gün 32-ci Yay Olimpiya Oyunlarının rəsmi açılışı keçiriləcək.
Qol.az xəbər verir ki, bu, müstəqil ölkə olaraq Azərbaycan dünyanın birnömrəli idman yarışındakı 7-ci iştirakı olacaq. Ayrıca ölkə kimi Azərbaycan ilk dəfə 1996-cı ildə Olimpiaya Oyunlarına qatılıb. Həmin yarışda komandamız sərbəst güləşçi Namiq Abdullayevin sayəsində 1 gümüş medal qazanıb. Ümumiyyətlə, indiyədək komandamız bu yarışlarda 7 idman növü üzrə 42 medala sahib ola bilib. Bundan əvvəlki 6 yarışda ölkəmiz ümumilikdə 42 medala yiyələnib. Bunlardan 7-si qızıl, 11-i gümüş, 24-ü isə bürünc medaldır. Qızıl medal qazanan idmançılarımız Namiq Abdullayev (sərbəst güləş, 2000-ci il), Zemfira Meftahəddinova (stend atıcılığı, 2000-ci il), Fərid Mansurov (yunan-Roma güləşi, 2004-cü il), Elnur Məmmədli (cüdo, 2008-ci il), Toğrul Əsgərov və Şərif Şərifov (hər ikisi sərbəst güləş, 2012-ci il) və Radik İsayevdir (taekvando, 2016 –cı il).
Ən çox medal qazandığımız idman növü sərbəst güləşdir: 3 qızıl, 5 gümüş və 8 bürünc olmaqla 16 medal. İkinci yerdə 8 medalla boskçular qərarlaşıb – 1 gümüş, 7 bürünc medal. Siyahıda ilk üçlüyü yunan-roma güləşçilərimiz qapayır – 6 medal (1 qızıl, 2 gümüş, 3 bürünc).
Azərbaycan ən çox medalı 2016-cı il Rio Yay Olimpiya Oyunlarında qazanıb – 18 medal. Medallardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürünc medal olub. Qatıldığımız 6 Olimpiya Oyunlarında indiyədək yalnız birində (1996) qızılımız olmayıb. Digər bütün yarışlarda isə idmançılarımız dövlət himnimizi səsləndirə biliblər. Ən çox qızıl medal qazandığımız yarış (hər birində 2 qızıl) 2000-ci Sidney və 2012-ci il London Olimpiya Oyunları olub.
Zəruri qeyd: 1992-ci ildə keçirilən Barselona Yay Olimpiya Oyunlarında müstəqil Azərbaycanın idmançıları MDB yığmasının tərkibində qatıldığından medallar məhz MDB komandasının adına yazılıb. Barselona-1992-də iki idmançımız – cüdoçu Nazim Hüseynov və idman gimnastı Valeri Belenki qızıl medal qazanıblar. Bu zaman Azərbaycanın bayrağı, himni səsləndirilib qaldırılıb.
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi