"Cütün taleyinin həll olunduğunu demək yalan olar. Bu, hələ ilk oyunun nəticəsidir. Rəqib hər oyuna çempionluq uğrunda çıxdığı halda, biz yalnız yoxlama oyunlarına çıxmışdıq. Yoxlama və rəsmi matçların fərqini gördünüz".
Bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Gürcüstan paytaxtında "Dinamo"ya 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşündən sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, xarakter hesabına qələbə qazanıblar: "Futbolçularıma təşəkkür edirəm ki, sonadək dözdülər. Amma ikinci oyunumuz var. Cavab görüşünə ciddi hazırlaşmalıyıq. Doğrudan da ciddi rəqibə tuş gəlmişik. Bakıdakı qarşılaşmaya daha yaxşı hazırlaşmalıyıq. Kişiliyimizi, xarakterimizi ortaya qoyduq".
Abasovun fikrincə, yeni futbolçular hələ adaptasiya keçməyiblər. O, cavab görüşündə hər şeyin yaxşı olacağına inam ifadə edib: "Bakıda çox şeyi dəyişməliyik. Bugünkü qarşılaşma cavab oyununda keçərli olmayacaq. Belə çıxış etməli deyilik. Bugünkü oyunu gərginliklə əlaqələndirmək olar. Çox şeyi dəyişməliyik. Topa daha çox nəzarət etməliyik".
Baş məşqçi Sezar Meza Kollidən razılığını bildirib: "Onun nə dərəcədə keyfiyyətli futbolçu olduğunu siz daha yaxşı bilirsiniz. İnanıram ki, tezliklə istənilən oyunu sərgiləyəcək".
İlk yarıdan sonra bəzi futbolçulara daha diqqətli oynamalarını tapşırdığını deyən Abasov onların rəqibə qol imkanı verməmələrini istədiyini söyləyib: "Bəzən müdafiədə yox, daha irəlidə oynayan futbolçularda xaos var idi, boş yerləri düz bağlamırdılar. Bəzi mövqelərimizdə, xüsusən müdafiədə rəqabətsizlik mövcuddur. Voislav Stankoviç zədələnəndə ayağını, biz isə başımızı tutduq. Amma Namik Ələskərovun performansı bizi sevindirir. Hər qol vurduqca özünə inamı artır. Bütün komanda üzərinə düşənin öhdəsindən gəlməyə çalışır. Amma yenə deyirəm, biz çox şeyi dəyişməli, güclənməliyik. Amma bunlar bu günün işi deyil".
Baş məşqçinin sözlərinə görə, "Dinamo"nun futbolçularının nəyə qadir olmalarından xəbərdar imişlər: "Rəqib irəli daha güclü açıldıqda biz sürətli əks-hücumlar hesabına qollar vura bilərdik. Bunlar transferlərin azlığı ilə əlaqədardır. Mən sizə hansı oyunçularla adbaad danışdığımızı deyə bilərəm. Amma onlarla danışıqlar müsbət nəticələnmədi. Gəlin, bu barədə burada danışmayaq, Vətənimizdə söhbət edərik".
Abasov ötən gün mətbuat konfransında gərgin görünməsi fikri ilə razılaşmadığını bildirib: "Dünən də mənə kimsə bunu demişdi. Bu oyundan sonra çox şeyləri dəyişməliyik. Siz məndə gərginlik görmüsünüzsə, elə düşünün ki, bugünkü qələbədən sonra gərginliyim ikiqat artıb. Çempion heyət də qalsaydı, eyni əziyyəti çəkəcəkdik. Doğrudan da rəqib təqdirəlayiqdir" (Report).
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər