“Keşlə" klubu UEFA Konfrans Liqasına hazırlaşır. Komandanın baş məşqçisi Sənan Qurbanov hazırlığın gedişatı ilə bağlı Qol.az saytına müsahibə verib.
- Məşqlərə başlamısınız. Komandada ab-hava necədir?
- Hazırlıq öz axarında davam edir. Ab-hava da normaldır. Transferlərimizi etmişik. Bəzi oyunçular var ki, baxışa çağırmaq istəyirik. Ümumilikdə hər şey qaydasındadır.
- Digər avrokubok təmsilçilərimizdən fərqli olaraq siz təlim-məşq toplanışını Bakıda keçirəcəksəniz. Bunun səbəbi nədir və bu amil hazırlıqlara necə təsir göstərəcək?
- Bildiyiniz kimi, büdcəmiz azalıb deyə xarici ölkəyə gedə bilmədik. Yoxsa biz də istərdik ki, yoxlama görüşlərimizi xarici klublarla oynayaq. Buna rəğmən çalışırıq ki, Bakıda olsa belə, hazırlığımız yaxşı keçsin. Yoxlama oyunlarımız olacaq. İyulun 9-u "Səbail", 13-ü isə "Sabah"la qarşılaşacağıq. Çalışacağıq ki, çatışmayan cəhətlərimizi görüb, üzərində işləyək.
- Yeni transferləriniz haqda nə düşünürsünüz?
- Yerli futbolçuları qoruyub saxladıq. Büdcəyə uyğun legioner futbolçular da aldıq. Amma bizim əsas sıxıntımız odur ki, Konfrans Liqasının ilk görüşündə 3 futbolçumuz meydanda olmayacaq. Bunlar Anatole Abanq, Şəhriyar Əliyev və yeni transfer Omardır. Buna səbəb onların ötən mövsüm cəzalı duruma düşməsidir.
- Bundan sonra da futbolçu almaq fikriniz varmı?
- Gündəmdə sırf hansısa oyunçu yoxdur ki, onu izləyək. Lakin ehtimal var ki, daha 1 futbolçu transfer edək. Bunu isə maliyyə durumumuza görə planlayırıq.
- Komandadan bundan sonra gedənlər olacaqmı?
- Elə bir futbolçu yoxdur. Ötən mövsümün gedişində gedənlərin və qalanların siyahısını hazırlamışdım. Elə o siyahı üzrə də hərəkət etdik.
- Ceyms Adeniyen ilə danışıqlar nə yerdə qalıb?
- Onunla danışıqlar apardıq. Sadəcə, təklif etdiyimiz məbləğ futbolçunu qane etmədi. Ona görə transfer alınmadı. Səhv etmirəmsə, o, artıq İsrail klubu ilə müqavilə bağlayıb.
- Avrokubokdakı rəqibiniz "Soçi" haqda fikirləriniz necədir?
- "Soçi"ni yaxından izləyirəm. İyulun 11-i onlarda çempionat start götürür. "Spartak"la oyunları var. Video görüntüləri əldə etməyə çalışırıq. Hazırda əlimizdə olan materiallar ötən çempionatdan olanlardır. Həqiqətən də ciddi rəqibdir. Amma bu o demək deyil ki, biz əlimizi yanımıza salacağıq. Onların zəif və güclü tərəflərini araşdırırıq. Bu oyunlar bizim üçün yaxşı sınaq olacaq.
- Soçidə erməni lobbisi güclüdür və güman ki, rus klubuna onlar tərəfdən də dəstək olacaq. Bunun komandanıza hansısa mənfi təsirini gözləyirsinizmi?
- Bu, futboldur. Əlbəttə ki, biz erməni yox, rus komandasına qarşı oynayacağıq. Təbii ki, orda adını çəkmək istəmədiyim qonşularımız da olacaq. Onların sıx yaşadığı yerdir. Futboldur, çox sakit qarşılayıram. Biz onsuz da 44 günlük Vətən Müharibəsində onların cavabını layiqincə verdik. “Soçi” ilə oyunda isə peşəkarcasına davranmalıyıq. Səbrli, təmkinli olacağıq.
- Rusiyadakı azərbaycanlı azarkeşlərin bu oyunda sizi dəstəkləyəcəyinə dair bir məlumatinız varmı?
- Belə bir məlumatım yoxdur. Oyuna qədər necə olacağı isə dəqiq deyil. Bəzi məlumatlar var idi ki, matç azarkeşsiz olacaq. Sonra dedilər faiz nisbəti ilə buraxılacaq. Daha dəqiqini zamanla biləcəyik.
- Heyətinizdə ciddi dəyişikliklər oldu. Yeni futbolçular "Soçi" ilə oyuna qədər komandaya uyğunlaşa biləcəklərmi?
- Doğru vurğulayırsınız. Yeni futbolçular gəldikdə zamana ehtiyac olur. Bu yöndə də intensiv işlər gedir. İstənilən halda yeni futbolçu üçün ab-hava bir az fərqli olur. Yoxlama matçarında izləyib, onlara öz oyun üslubumuzu aşılamağa çalışırıq. Lakin belə qısa zaman kəsiyində çətindir.
- Hücumçunuz Abanq azərbaycanlı xanımla ailə qurdu. Bu, onun üçün necə motivasiya olacaq?
- Futbolçudur, burada yaşadığı müddətdə ailə qurub. Bu məqamın artıq ona yaxşı təsir etdiyini sizə deyə bilərəm. Abanq yaxşı mənada dəyişib. Məşqlərdə daha istəklidir. Hətta ondan zarafatla soruşdum ki, üzüyü taxandan sonra futbol bitdi (gülür...)? O da dedi ki, əksinə, ailə həyatı mənə daha çox motivasiya verib. Qollar vurub, uğur qazanmaq istəyir. Bilsəydik, onu yanvarda evləndirərdik. 5-6 qol vurardı".
Ağa Dadaşzadə
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"