«Neftçi» klubunun ölkə çempionatındakı uğurlu çıxışlarından sonra bu komandaya müəyyən dairələrin dəstək verməsi barədə fikirlər səslənməyə başlayıb. Məsələylə bağlı Qol.Az-ın müxbiri “Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğluna müraciət edib.
- «Neftçi» bu mövsümü uğurlu keçirsə də, komandanıza AFFA və PFL tərəfindən gizli dəstək verməsi barədə iddialar səslənir...
- Belə söhbətlərin heç bir məntiqi əsası yoxdur. Bu mövsüm “Neftçi”nin turnir cədvəlində zirvəni ələ keçirməsi artıq komandanın əvvəlki şöhrətini özünə qaytarmasından xəbər verir. Bu, heç də təsadüfi deyil. Klubumuzun rəhbərliyindəki dəyişiklikdən sonra komandamızda əsaslı işlər görülməyə başladı. Başda Sadıq Sadıqov olmaqla rəhbərliyimizin diqqəti və qayğısı sayəsində «Neftçi» əvvəlki şöhrətini özünə qaytarmağa başlayıb. Təəssüflər olsun ki, deyəsən, bütün bunlar bəzi şəxsləri ciddi narahat edir və onlar yeri gəldi-gəlmədi «Neftçi» haqda cəmiyyətin çaşdıran fikirlər səsləndirməyə başlayıblar. «Neftçi»nin hazırda turnir cədvəlində birinci yerdə olması və uğurları bizi gözügötürməyənlərin bağırlarını çatladır.
- «Neftçi»nin AZAL-a qarşı matçından sonra sonuncuların prezidenti Vaqif Qasımov məğlubiyyətə görə hakimi ittiham edib.
- Doğrudan da, Vaqif Qasımov “Neftçi” ilə oyundan sonra məğlubiyyəti həzm etməyərək günahı hakimlərin üzərinə atdı. O iddia edir ki, guya “Neftçi” komandası AFFA və PFL ilə danışıqlar apararaq çempionluğu indidən təmin edib. Lakin bu söz-söhbətin heç bir məntiqi əsası yoxdur. Sadəcə olaraq bu mövsüm “Neftçi” gücünü birəbeş artırıb. Bu da əsassız deyil. Çünki hazırkı rəhbərlik bu komandaya gələrkən “Neftçi”nin əvvəlki ruhunu qaytaracağını bildirmişdi. Artıq hər şey də buna doğru gedir. “Neftçi”nin çox perspektivli futbolçuları var və biz ölkəmizi Avropada layiqincə təmsil etməyi hədəfləmişik. Düşünürəm ki, “Neftçi” bu mövsüm digər klublarımızdan daha uğurlu transferlər edib. Məhz bunun nəticəsidir ki, “Neftçi” bu gün Premyer Liqanın zirvəsində qərarlaşıb.
Cəfəng iddialar səsləndirən şəxslərin yadına Lənkərandakı son oyunumuzu xatırlatmaq istəyirəm. Hamı orada baş verən ajiotajı çox yaxşı gördü. Tarixi keçmişi olan bir komandanın bayrağı yandırıldı. Məgər, budur, «Neftçi»yə kömək? Bu məntiqlə Lənkəranda da qadib gələrdik də. Amma «Neftçi» bu məğlubiyyəti normal qəbul edərək dünyanın sonu olmadığını göstərdi.
- Bəs, elə isə belə iddiaların səslənməsinin səbəbi nədir?
- Təəssüflər olsun ki, ölkəmizdəki bəzi insanlar irəli gedənin ayağının altını qazmağa çalışırlar. Son vaxtlar da “Neftçi”ni gözügötürməyənlərin sayı çoxalıb. Belə insanların bir nümunəsi olan Vaqif Qasımovun hakim qərəzindən nəyə əsaslanıb danışdığını isə heç cür anlamıram. Əgər ətraflı maraqlansa, görər ki, hakim qərəzi “Neftçi”yə qarşı da olub. Təkcə onu demək kifayətdir ki, “Qəbələ” ilə oyunda Emil Mpenzanın təmiz qolu hesaba alınmadı. Bəs onda biz nə etməliyik?”
Vaqif Qasımlov deyir ki, «Neftçi» - AZAL oyununu idarə edən Əfqan Həmzəyevin guya bizə rəğbəti var. Yaxşı, bu Vaqif Qasımov yadından çıxarır ki, hələ iki-üç həftə əvvəl AZAL «Turan»ı «biabırçı» şəkildə məğlub edəndə həmin oyunu başqası yox, məhz elə həmin Əfqan Həmzəyev idarə edirdi? Məgər, həmin oyunda «Turan»ın təmiz qolunu hesaba almayan Əfqan Həmzəyev deyildi?
Hakimlikdən söz düşmüşkən, AZAL-la «Simurq» arasındakı oyunu da Vaqif müəllimin yadına salmaq istəyirik. Həmin oyunda necə, məgər hakimlər «Neftçi»ni irəli çəkirdi, yoxsa AZAL-ı? Hamı çox yaxşı görür ki, o görüşdə də Qasımovun komandası «Simurq»u hakim hesabına məğlub etdi. Bir daha deyirəm, bu iradların hamısı yersizdir.
Qasımov öz işi ilə məşğul olsa, daha yaxşı olar. Mən özüm 20 ilə yaxındır ki, futbol jurnalistikasında işləmişəm və Qasımovun hələ Fuad Musayevin dövründə AFFA-da hansı işlərlə məşğul olduğunu çox gözəl bilirəm. İndi isə AZAL klubunun prezidenti kimi özünü yüksək vəzifəli şəxs hesab edir. Məncə, onun əsl peşəsi futbol yox, “obexeist»likdir. Məşhur rus filmi “Centlmen udaçi”də deyilən “yest, yest - obexeist” sözlərini tamamilə Qasımova şamil etmək olar. Uzun sözün qısası, Qasımov AZAL-a daha çox diqqət ayırsa, bu həm özü, həm də komandası üçün yaxşı olar.
- Belə fifirlər də var ki, «Neftçi» «Gəncə» klubunu stimullaşdırıb və buna görə də onlar «İnter»ə qalib gəlib. Bəs, bu iddialara münasibətiniz necədir?
- Yenə deyirəm, bu söz-söhbətləri yayanların hamısı «Neftçi»ni gözü götürməyənlərdir. Məgər, «Gəncə» futbolunun tarixi, ənənəsi bu komandanın milli çempionatımızda qazandığı uğurlar onun «İnter»ə də qalib gələ bilməsinə əsas vermir? «Neftçi» Azərbaycan futbolunun flaqmanıdır. Biz Azərbaycanın ən köklü komandası olaraq heç vaxt fütbol qaydalarına zidd olan işlərə getmərik və getməyəcəyik. «Neftçi» bundan sonra da öz sözünü deyəcək və Azərbaycan futbolunun inkişafı naminə irəli gedəcək, «fair-play» qaydalarına əvvəlkitək əməl edəcək və sözünü məhz yaşıl meydanlarda deyəcək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi