"Sabah" klubunun prezidenti Maqsud Adıgözəlovun Qol.az saytına müsahibəsi
- "Sabah"ın bu mövsümkü çıxışını necə dəyərləndirirsiniz?
- Əgər sırf əsas komandanı nəzərdə tutursuzsa, əlbəttə, tam razı deyilik. Mövsümün əvvəlində hədəflərimiz tam başqaydı. Təəssüf ki, buna nail ola bilmədik. Lakin müsbət məqamlar da oldu. Bunlardan biri də komandanın son qarşılaşmalarda öz oyununu tapması idi. Əgər ümumi danışsaq, son mövsümdə bir neçə gənc futbolçunu qazanmağımızı da xüsusi qeyd etmək olar. Veysəl Rzayev, Ceyhun Nuriyev, Rüstəm Samiqullin, Nicat Mehbalıyev, Camal Cəfərov kimi gənclər “Sabah”ın əsas komandasında debüt etdilər. Bu oyunçular hazırda Azərbaycanın U-21 millisinin də üzvləridir. Həmişə demişik, gənc futbolçuları ölkə futboluna qazandırmaq “Sabah” üçün həmişə əsas prioritet olub. Bu istiqamətdə işlərimizi uğurla davam etdiririk. Son mövsümdə sözügedən gənclərin əsas komandada debütü də həm bizim, həm də ölkə futbolu üçün sevindirici məqamlardandır.
- Ramin Quliyevin gəlişindən sonra komandada canlanma hiss olundu. Bu dəyişikliyin gecikdiyini düşünmürsünüz?
- Bəli, komanda Ramin Quliyevin rəhbərliyi altında çempionatın son dövrəsində yaxşı çıxış etdi. O ki qaldı təyinatın gecikməsi məsələsinə, indi bu barədə danışmaq daha rahatdır. Bir neçə uğursuz nəticəyə görə baş məşqçini istefaya göndərmək nə dərəcədə düzgündür? Doğru hesab etdiyimiz vaxtda dəyişikliyə getdik. Ola bilsin, gecikmişik. Lakin bu qərar bir qədər tez verilsəydi belə, heç kim bunun daha yaxşı effekt verəcəyinə təminat verə bilməzdi. İstənilən halda dəyişiklik baş verdi. Fikrimcə, artıq bunu müzakirə etməyin heç bir əhəmiyyəti yoxdur.
- Geridə qoyduğumuz mövsümə nəzər salmısınız. Yəqin ki, araşdırmalar aparılıb. Komandanın üst pillədə qərarlaşa bilməməsinin səbəbini nədə gördünüz?
- Komandanın daha üst pillələrdə qərarlaşa bilməməsində bir neçə faktor rol oynadı. Buna misal olaraq koronavirus pandemiyası, zədələri göstərmək olar. Qeyd etdiyim amillərlə bağlı bir çox oyunda optimal heyətdən istifadə edə bilmədik. Məsələn, mövsümün ilk yarısında zədə səbəbindən əsas heyət üzvlərimizdən olan Bəhlul Mustafazadənin xidmətindən məhrum olduq, eyni səbəbdən Aleksey İsayev komandanın hazırlığına bir qədər gec qoşuldu. Bundan əlavə, mövsümün ilk yarısında komandanın bir neçə üzvü koronavirusa yoluxdu ki, onların sıraya qayıtması da bir qədər vaxt apardı. Düzdür, bizim geniş heyətimiz var. Lakin qeyd etdiyim məsələlər də nəticələrimizə birbaşa təsir etdi. Təəssüf ki, həmin anda Visente Qomes komandanı “qara zolaq”dan çıxara bilmədi. Lakin təkcə baş məşqçini günahlandırmaq olmaz. Komanda uğursuz nəticə qazanırsa, bunda hamının səhvi var. Qeyd etdiyim səbəbləri sadəcə, komandanın çıxışına təsir edən amillər kimi qeyd etdim. Bunlar bəhanə ola bilməz. Şərtlər bütün komandalar üçün eyni idi.
- Növbəti mövsümün hazırlıq planları barədə danışmağınızı istərdik.
- Hazırda növbəti mövsüm üçün hazırlıq planları müzakirə edilir. Dəqiqləşən kimi bu barədə ictimaiyyətə məlumat veriləcək.
- Transferlər barədə nə deyə bilərsiniz? Heyəti gücləndirmək kimi hədəf var?
- Mövsüm başa çatdıqdan sonra bir neçə futbolçu ilə yollarımızı ayırdıq, bir neçə oyunçuyla isə yeni müqavilə bağladıq. Artıq bir transferi rəsmiləşdirmişik. Bu istiqamətdə tələsmirik, axtarışlarımızı davam etdiririk. Son mövsümdə olan heyətimizin onurğa sütununu qoruyub saxlamaqla, ehtiyac olan mövqelər üzrə komandanı gücləndirəcək yeni futbolçular transfer etməyi planlaşdırırıq.
- Maliyyə cəhətdən vəziyyət nə yerdədir? Maliyyə artımı gözlənilir?
- Yeni mövsüm üçün yekun büdcə hələ müəyyənləşdirilməyib. Lakin əvvəlki mövsümlə müqayisədə maliyyə artımı gözlənilmir.
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"