“Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Adil Şükürov Qol.az saytının suallarını cavablandırıb.
- Akademiya tam olaraq işə nə vaxt başlayacaq?
- İyunun 5-15 aralığında seçimlər olacaq. Bununla bağlı elan vermişik. Tam olaraq fəaliyyətə avqust ayından başlayacağıq.
- Seçim turu hansı yaş aralığında keçiriləcək?
- Sırf Tovuzun özündən cəlb edəcəyimiz qrup 6-12 yaşa qədərdir. Lakin respublika üzrə 12-16 yaşa qədər, yəni 2005-2008-ci təvəllüdlü uşaqlardır.
- Akademiyada işlər necə gedir?
- İşlər qaydasına düşməyə başlayır. Artıq məşqçilərlə biri-birimizi tam olaraq başa düşürük. Arzu, istəklərimizi bildirmişik. Onlar da öz növbəsində bizi başa düşərək məsuliyyətlə vəzifələrinin öhdəsindən gəlməyə çalışır.
- Yerli əhali arasında akademiyaya maraq nə qədərdir?
- Maraq getdikcə artır. Bundan başqa öz təbliğatımızı da apardıq. Uşaqlar və valideynlərin də ciddi rolu oldu. Eyni zamanda yeni uşaqların gəlişi də say artımına səbəb olur.
- Akademiyada şərait necədir?
- Şərait yaxşıdır. Standartlara cavab verir. Akademiya üçün nə lazımdırsa hər şey var. Sadecə bir orta məktəb məsələsi qalıb, onu da seçim turu bitəndən sonra uyğun qərar verəcəyik.
- Akademiyaya ətraf regionlardan gələnlər var?
- Şəmkirdən 8 nəfər, Qazaxdan 5, Ağstafadan isə 1 nəfərlə müqavilə bağlamışıq. Elan etmişik ki, ətraf rayonlardan uşaqlar gəlib seçim turunda iştirak edib, yaxşı nəticə göstərməklə akademiyamızın üzvü ola bilərlər. Yəni potensiallı uşaqları hər zaman burada saxlamağa hazırıq.
- Maliyyə vəziyyətiniz nə yerdədir?
- AFFA tərəfindən ayrılmış müəyyən büdcə var. O da yeni mövsüm üçün nəzərdə tutulub. Amma miqdarı hələ müəyyənləşməyib.
- Akademiyanın əsas prinsipi nədir?
- İnanıram ki, burada istedadlı uşaqlar parlayacaq. Milli komandamızın əsas üzvlərindən olacaqlar. Tovuz futbolunu irəli aparacaqlar. İstəyirik ki, Tovuz futbol Akademiyası Tovuzda futbolda istəyi, mübarizliyi yenidən artırsın. Tovuz futbol ənənəsi olan bir şəhərdir. Bu tarixi onlara aşılayacağıq. Hər kəs olduğu yerin tarixini bilməlidir. Kimsə bunu bilmirsə, çətin ki, o yerdə hansına uğur olsun.
- Bu akademiya ölkədə futbolçu çatışmazlığını nə qədər aradan qaldıra biləcək?
- Tək bizi desək ki, Tovuz akademiyası Azərbaycanda futbolçu qıtlığını tam aradan qaldıracaq, düzgün olmaz. Yəni bu, tək bir regionla həll olunası mümkün deyil. Gərək hər bir bölgədə belə akademiya olsun. Şimal, Cənub, Aran zonasında, Gəncədə, Zaqatalada da akademiya olmalıdır. Bir çox yaxşı futbolçu bu regionlardan çıxıb. Ona görə də belə akademiyalar və yaxşı mütəxəssislər çox olmalıdır.
- Azərbaycanda indi əsasən hücumçu və stopper çatışmazlığı var. Akademiya bu problemə xususi diqqət ayıracaqmı?
- Bu, futbolçudan asılı bir şeydir. Bu gün Azərbaycanda ən böyük çatışmazlıq sol ayaq mərkəz müdafiəçilərinin az olmasıdır. Bizdə akademiyada 2 yaş qrupunda 2 nəfər istedadlı uşaqlar var ki, onların üzərində işləyib 2-3 ilə yaxşı stopper kimi ortaya çıxara bilərik. Əlavə olaraq 1 nəfər azyaşlı uşaq var. 2011-ci il təvəllüdlüdür. Liderlik keyfiyyəti, qol vurmaq duyumunu xüsusi qeyd edərdim. Bu yaşda belə onun istedadı göz oxşayır. Oyunu çox gözəl hiss edir. İnşallah, biz onu qoruyub saxlaya bilsək inanıram ki, böyük gələcəyi olacaq. Belə uşaqlar hər mövqedə var. Bundan başqa sol ayaq dayaq yarımmüdafiəçimız, digər oyun qurucumuz var. Akademiyada tam olaraq 17-18 yaşlarında futbolçu formalaşır. O yaşa qədər keyfiyyətli futbolçular olur, sadəcə onları dövrə çatdırmaq bir az çətin olur. Məsələn, uşaqlar böyüyür, ətraf mühitini dəyişir, yeni insanlar tanıyır, yeni maraqlara can atır. Ona görə də bizim məqsəd onları həmin dövrə çatdırıb, düzgün istiqaməti verməkdir.
Ağa Dadaşzadə
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"