FİFA referisi Fariz Yusifov Unibank Premyer Liqasının 8-ci turunun "Xəzər Lənkəran" - "Bakı" oyunundan sonra onun ünvanına səsləndirilən ittihamlara cavab verib. «Çempion Azərbaycan» qəzetinə verdiyi müsahibədə görüşü idarə edən F.Yusifov «Xəzər Lənkəran»ın matçın son saniyələrinə təsadüf edən penalti epizodu ilə bağlı danışarkən bunları deyib: «Onların bu iddiası yersizdir. Çünki həmin epizodda «Bakı»lı futbolçu topa qəsdən əli ilə toxunmadı. Top əli tapdı. Bu, beynəlxalq qaydadır ki, oyun epizodunda top əli tapırsa, burada qayda pozuntusundan söhbət gedə bilməz».
Oyunun 85-ci dəqiqəsində qonaq komanda hesabı bərabərləşdirdikdən sonra paytaxt klubunun moldovalı müdafiəçisi Vyaçeslav Sofroni tordan çıxardığı topu tez meydanın mərkəzinə aparmaq istəyərkən «Xəzər Lənkəran»ın qapıçısı Kamran Ağayev ona dirsək zərbəsi vurub. Lakin hakim Kamranı cəzalandırmayıb. Halbuki bundan öncə rəqibi bilərəkdən vurduğu üçün «Bakı»nın hücumçusu Jabaya qırmızı vərəqə göstərilmişdi. Bu epizodu şərh edən F.Yusifov deyib: «Kamranın Sofronini dirsəyi ilə vurduğu epizodda qolun qapıdan keçdiyini bildirmək üçün yan xətt hakimi ilə birlikdə meydançanın mərkəzinə qaçırdıq. Epizodu görə bilmədik. Belə olan halda futbolçuya vərəqə göstərə bilməzdim».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı