PFL-in prezidenti Ramin Musayev Azərbaycan kubokunun finalında "Keşlə" - "Sumqayıt" oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycan kuboku ilə mövsüm başa çatdı. Yekunla bağlı nə deyə bilərsiz?
- Ötən il koronavirus pandemiyası ilə bağlı mövsüm yarımçıq başa çatdırıldı. Amma bu dəfə futbol ili tam yekunlaşdı. Deyərdim ki, layiqli komandalar layiqli yerlərə nail oldular. Onların hər birinə uğurlar arzulayırıq. İlk növbədə püşkatmada bəxtləri gətirsin. Düşünürəm ki, komandalarımız bu il bizi sevindirərlər.
- Premyer Liqada və ölkə kubokunda sürpriz qalib oldumu?
- Hər iki yarışda oynayan komandalardan soruşsaz, deyərlər ki, mənim üçün sürpriz deyildi. Hətta dünən “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə də demişdim ki, uşaqları çox yorma, onsuz “Keşlə” qalib gələcək.
- Bu əminlik haradan idi?
- Bilmirəm. Premyer Liqanın son turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” oyununda da demişdim ki, birincilər qalib olacaq.
- Onu sabiq “Neftçi”li olaraq demişdiniz?
- Yox. Qurban Qurbanova da hörmətim böyükdür, “Qarabağ”a da. Sadəcə intuisiyam elə deyirdi. Mən həmişə demişəm, bu gün də deyirəm ki, hər kəsin qəlbində bir komanda olur. Mən də qəlbimdə 8 komandanı saxlaya bilmərəm. Bu, mümkün deyil. Özü də bilirsiniz ki, yenicə əməliyyat olunmuşam, yükləmək olmaz (gülür).
- Mövsümü azarkeşsiz başa vurmaq daha asan idi, yoxsa əksinə? Çünki onlar olduqda bəzən iğtişaşlar da baş verir.
- Yox, azarkeş olduqda yaxşı olur. Çünki stadionda bir az qalmaqal yaradırlar, oyunlar maraqlı keçir. İnanırsınız ki, son oyunlarda azarkeşlərdən imtina etmək mənim üçün ağır oldu. Məni də başa düşərlər. Özbaşına deyilik. Əsas insanlarımızın sağlamlığıdır. Deyəcəklər ki, bəs tribunalarda əyləşənlər vardı. Orda oyunu izləyənlər arasında qazilərimiz oturmuşdular. Onlar baş tacımızdırlar. Futbolçuların ailələri gəlmişdilər. Onlara “yox” deyə bilməzdik. Sözsüz ki, istərdik ki, stadion tamamilə dolu olsun. Ancaq nə etmək olar? Gərək bu günki qərarla razılaşaq. İnşallah, əmin-amanlıq olsun, gələn il yaxşı olar.
- Torpaqlarımızı azad etdik, rayonlarımızı geri qaytardıq. Bu, gələcəkdə çempionatdakı komanda sayına təsir edə bilərmi?
- Bu haqda söhbət olub. Hətta elə düşünməyin ki, mən Rövnəq və ya Elxan müəllimi nəzərdə tuturam. Futboldankənar adamlardan da eşitmişəm ki, hər bir zonada öz rayonunu təmsil edən komandanın olması məsləhətdir. Stadionların tikilməsi ilə bağlı məlumatlarımız var. Bu gün üçün desək, düşünərlər ki, azarkeşləri sevindirmək üçün deyirik. Amma elə deyil. Cənab Prezident İlham Əliyev buyurdu ki, dünyada tayı-bərabəri olmayan Şuşa yaradılacaq. Belə olduğu halda, deməli onun stadionu da olacaq. Şuşada stadion olduqdan sonra ətraf rayonlarda da tikiləcək. Ağdamda 100 faiz olacaq. Əvvəllər Kəlbəcərdən, Qubadlıdan komandalarının olmasını, yeni klublar yaratmaq istəyən uşaqlar olub. Bərdənin özündə komandamız olub. Sözsüz ki, bunların yaranması çempionatı daha maraqlı edər. Futbolçular bölgələrə gedərlər. Hər zonadan 1-2 oyunçu çıxsa da, millimizə futbolçu axtarmaq da lazım deyil.
- AFFA Lisenziyalaşdırma Komitəsi divizion klublarından heç birinə lisenziya verməsə də, son qərar İcraiyyə Komitəsinin iclasında veriləcək. Yeni mövsümdə 10 komandanın iştirak etməsi üçün heç olmasa 1 faiz inam varmı?
- Toplantıya qədər doğurdan da sponsor tapılarsa, mənə elə gəlir ki, nəsə əldə etmək olar. Düzəlməyən nəsə yoxdur. Təki istək olsun.
- “Neftçi” bu il Çempionlar Liqasında oynayacaq. Sizcə onlar “Qarabağ”ın uğurunu davam etdirə biləcəklərmi?
- Bu il çətin olar. Belə düşünürəm. Sözsüz ki, uğurlar arzulayıram. “Neftçi” hamımızın sevdiyi, uşaqlıqdan azarkeşlik etdiyi komandadır. Çətin olsa da, mübarizə aparmalıdırlar. O da komandanın hazırlığından, yığacağı futbolçulardan asılı olacaq.
- Premyer Liqanın sponsoru ilə bağlı məsələ nə yerdədir?
- Növbəti mövsümdə söz veriblər ki, olmalıdır. Pandemiya ilə bağlı hələlik söhbətimiz alınmır. Onların da marağı var ki, gəlirlər. Əgər sponsorun qoyduğu tələblərə əməl edə bilmiriksə, o zaman olmaz axı. Tamaşaçılar, reklamlar... O da maraqla gəlir. Bizə kim havayı pul verər ki?
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı