AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ötən həftə “Səbail”in baş məşqçisi Aftandil Hacıyevlə görüşüb. Qol.az bu görüş zamanı nələrin müzakirə edildiyi və digər məsələlərlə bağlı Aftandil Hacıyevə bir neçə sual ünvanlayıb.
- Elxan Məmmədovla hansı məsələlər müzakirə olundu?
- Ümumi durumumuzdan danışdıq. Bilirsiniz ki, mövsüm böyük maddi çətinliklər yaşayaraq bura qədər gəlib çıxmışıq. Narahatılığın AFFA-ya qədər gedib çıxması bu görüşə səbəb yaradıb. Söhbətimiz normal oldu. Əsasən “Səbail”in çətin vəziyyəti haqda danışdıq.
- Elxan Məmmədov AFFA tərəfindən kluba kömək olunacağını dedi?
- Hələ ki, ilk görüşümüzdür. Federasiyanın əlindən gələni əsirgəməyəcəyi bildirildi. Yenə də sponsorlarımızdan çox şey asılıdır.
- Bu görüş klubdakı qeyri-müəyyənlikləri aradan qaldıra bilər?
- Bir görüşlə bütün problemlərin həll oluna bilməz.
- Yəni sizə hansısa vəd verildi?
- Hər halda Elxan Məmmədov bizi dinlədi. Hansı problemlərimiz varsa, onların həll olunması üçün lazımı dəstək veriləcəyini bildirdi. Söhbətimiz bu ətrafda oldu. Məncə, detallı şəkildə açıqlamağa gərək yoxdur.
- Hazırda yalnız AFFA “Səbail”ə maddi dəstək verir?
- Sponsorumuz qalmaqdadır. Sadəcə, AFFA digər klublar kimi bizimlə də maraqlanır.
- Qeyd etdiniz ki, çətinliklərə baxmayaraq, mövsümün sonuna qədər gəlib çıxa bilmisiniz. Hansı çətinliklər komandanın hətta mövsümü yarımçıq dayandırmasına səbəb ola bilərdi?
- Çətinlik mövsümün əvvəlindən, hətta keçən ildən var. Futbolçular mükafatsız oynayırlar. Gecikmələr olsa da, hər dəfə rəhbərlik əlindən gələni edirdi ki, bu, çox uzanmasın. Amma futbolçular üçün asan olmurdu. Bu da ən çox biz məşqçilərin işini çətinləşdirir. Futbolçularla hər gün məşqdə görüşürük, bizə narahatlıqlarını deyirlər. Yəni bu çətinliklər komanda üçündür. Klubun fəaliyyətinə isə o qədər də təsir etmir. Futbolçuların məşqə, oyuna həvəslə çıxmasında problemlər yaranır. Məsələn, maliyyə durumuna görə qışda 10 futbolçu gedə bilərdi və biz onların qarşısını ala bilməzdik. Ancaq sağ olsunlar ki, qaldılar. Onlara təşəkkür edirəm.
- “Səbail”də futbolçuların çoxunun müqaviləsi başa çatır. Artıq gedəcək oyunçuları müəyyənləşdirmisiz?
- Müqavilələrlə bağlı heç kimlə danışılmayıb. Son oyunumuzdan sonra bu haqda söhbət etmək olar.
- Legionerlərlə də durum da eynidir?
- Bəli.
- Son mətbuat konfransında bildirdiniz ki, klub sizə yeni müqavilə təklif edib.
- Bəli, klub tərəfindən mənə yeni təklif olunub. Yaxın günlərdə bu haqda qərar veriləcək. Tək mən deyiləm, bütün köməkçilər, texniki heyətlə danışdıqdan sonra məlumat veriləcək.
- “Səbail”də qalmaq fikriniz var?
- Artıq 3 ildir buradayam. Yerdəyişməyə meyilli insan olmamışam. Çalışıram ki, burada görüyüm işləri davam etdirəm. Düşünürəm ki, “Səbail”lə iş birliyimizi müsbət cavablandırmağa daha yaxınam. Köməkçilərimin də mənimlə birlikdə işinə davam etməsini istəyirəm. Bu məsələlərin hamısına aydınlıq gələndən sonra dəqiq söz deyə biləcəyik.
- Komandanın nəticələrinə görə əsas məsuliyyəti baş məşqçi daşıyır. Bilirik ki, maddi çətinliklərə görə futbolçular istədiyiniz kimi çıxış etmir. Nə vaxtsa “Səbail”dən ayrılmaq, daha iddialı klubda çalışmaq istəmisiniz?
- Hazırda Premyer Liqada 8 klubun olması məşqçilərin seçim etməyini çətinləşdirir. İki komandanı çıxmaq şərti ilə digər 6-da hədəflər yüksək deyil. Mən artıq “Səbail”ə öyrəşmişəm. Hədəf həmişə var. Yüksək hədəf olmasa da, hansısa gənc, yerli oyunçuları yetişdirmək kimi bir məqsədimiz var. Yerli futbolçuların inkişafını üst səviyyəyə qaldırmağa çalışırıq. Yəni bunların hər biri önəmlidir. Bəli, mənim üçün də iddialı komandada çalışmaq xoş olar. Ancaq bu, tək bizdən asılı məsələ deyil. Klub hansı qərarı verəcəksə, biz də o yöndə əlimizdən gələni etməyə çalışacağıq. Həmişə qarşıma qoyulan hədəfə tərəf getməyə çalışmışam. Bu 3 ildə nail olduğumuz bəzi nəticələr var. Qeyd etdiyim kimi, rəhbərliklə bu istiqamətdə bir neçə görüş olduqdan sonra daha dəqiq nəsə söyləmək olar.
- Sonda “Neftçi” ilə “Qarabağ”ın qarşıdan gələn çempionluq oyunu ilə bağlı fikirlərinizi öyrənək.
- Hər iki komanda mənə doğmadır. Çünki hər ikisində çıxış etmişəm. Ölkəmizin də sayılıb-seçilən komandalardır. Mövsüm boyu çıxışı ilə hər iki komanda çempion olmağa layiq olduğunu göstərib. Çempionluğu həm heyətləri, həm də məşqçiləri baxımından haqq edirlər. Sevindirici haldır ki, Premyer Liqada intiriqanın azaldığı bir dövrdə çempionluq son tura qalıb. Kimin qalib gələcəyini demək çətindir. Hər iki komandada mənə yaxın olan insanlar var. Güclü olan qalib gəlsin.
Ramiq Ağaməmmədov
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü
Obameyanq "Deportivo"ya qayıdır
Ehtiram Şahverdiyevin yeni klubu məlum oldu
Rodri dünya çempionatının rekordunu yenilədi
"Bəzi mövqelərdə transferə ehtiyacımız var" - Azər Məmmədov
Mönye bu kluba keçdi
Tuxel: "Messiyə qarşı bir yol tapacağıq"
Azərbaycan boksçuları Almaniyadan 6 medalla qayıdırlar
Harri Uinks "Lester"dən getdi
De la Fuente hakimdən narazıdır: "Bu, ədalətsizlik idi"
Skaloni: "Bütün gücümüzü meydana qoyacağıq"
"Şamaxı"dan növbəti transfer
Deşam məğlubiyyətdən danışdı
İspaniyanın idman naziri: "Dünya çempionu olacağıq"
Toral oynadı, rəqibə penalti qazandırdı
Zinəddin Zidan Fransa millisində
İspaniyanı finala aparan qələbə - Video
ÇL-də mərhələ adlayan ilk 10 komanda
Fransa - İspaniya oyununun ən yaxşısı açıqlandı
Coy Lens Mikels və Rəhman Daşdəmirovun qolları - Video
İspaniya finalda! - DÇ-2026-Yenilənib
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi