"Səbail" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov Qol.az saytına müsahibə verib
- Çempionatıbn sonuna 1 tur qalıb. Mövsümü özünüz üçün necə qiymətləndirisən?
- Normal. Çətinliklərimiz çox oldu. Bu da hər kəsə məlum idi. Əsas o idi ki, komanda üçün əlimizdən gələn hər bir şeyi edək. Maddi olaraq çox komandadan geri qalsaq da, yaxşı kollektiv və yaxşı baş məşqçimiz var. Elə bunun sayəsində ayaq üstə qaldıq. Hər oyun çalışdıq ki, çıxıb meydanda ən yaxşısını edək. Sona 1 tur var. Davam edirik. Belə götürəndə ən maraqlı tur elə sonuncudur. Beşinci yerə də yüksələ, sonuncu pilləyə də düşə bilərik. Hər şey son turda bəlli olacaq. Məqsədimiz ancaq qələbə olacaq. Əgər mövsümü beşinci yerdə bitirsək, normal hesab edərik.
- Öz çıxışın necə, səni qane etdi?
- Şükürlər olsun, pis olmadı. Bilirsiniz ki, 3-4 ay futbolsuz qaldım. Rayonda idim, futboldan uzaq qalmışdım. Həmin müddət ərzində evə kömək edirdim. Sonra ordan gəldim. 1-2 həftə məşq edəndən sonra oyunlara çıxmağa başladım. Düzü, bu yaşda fiziki cəhətdən bərpa olunmaq asan deyil. Amma bunun öhdəsindən bacardığım qədər gəldim. Komanda üçün nə qədər xeyirli olduğumu baş məşqçi və sizlər məndən yaxşı bilirsiniz. Razı qaldım. Qollar vurdum, məhsuldar ötürmələr etdim. Qənaətbəxş hesab edə bilərik.
- Klub sizə qalmaq təklifi edib?
- Müqaviləmiz bitir. Demək olar, komandanın 90 faizinin müqaviləsi bitir. Hələ bu haqda söhbət etməmişik. Çünki büdcə müəyyənləşməyib. Əsas odur ki, "Səbail" yaşayacaq. Müqavilə haqda son turdan sonra müzakirələr olacaq. Bu, tək bizdə deyil, çox klubda belədir. Düzdür, ötən illərdən bu haqda 6 ay əvvəldən müzakirələr gedirdi. İndi elə bir vəziyyətdir ki, biri-birimizi başa düşürük. Əvvəlcə baş məşqçi qalmalıdır, sonra futbolçularla danışıqlar olmalıdır. Bütün bunlar da sonuncu turdan sonra bəlli olacaq.
- "Neftçi" ilə "Qarabağ" arasında çempionkuq oyunu keçiriləcək. Matç haqda fikirlərin necədir?
- Bəli, gərgin oyun olacaq. Əslində sevindirici haldır ki, "Neftçi" uzun illərdən sonra gəlib bu yerə çıxdı. Burda Samir Abasovun böyük əməyi var. Amma mənim dualarım "Qarabağ"ladır. Onlara uğurlar arzu edirəm. Mən 10 ilə yaxın "Qarabağ"da oynamışam, oranın çörəyini yemişəm. Onlara çempionluq arzu edirəm. Amma Samirə də uğurlar arzulayıram. Onunla komanda yoldaşı olmuşduq. Lakin dediyim kimi, "Qarabağ"ın çempion olmasını istəyirəm.
- Oyuna azarkeşlər buraxılmayacaq. Buna yanaşman necədir?
- Təəssüflənirəm. Azarkeşiz futbolun marağı yoxdur. Açığı, Azərbaycanda çox güclü fanat ordusu olmasa da "Neftçi" və "Qarabağ"ın xeyli azarkeşi var. Azarkeş olsa, böyük üstünlük olar. Nəinki onlar, hətta bizim üçün də böyük önəmi var. Baxıram ki, azarkeşlər oyuna gəlmək istəyir. Alınmayanda çıxıb damdan baxırlar. Həqiqətən çox üzücüdür. Amma başa düşürük, pandemiya şəraitinə görə belədir. İndi vəziyyət yaxşılığa doğru gedir. Yaxın zamanda ümid edirəm ki, hər şey öz yoluna düşəcək.
Ağa Dadaşzadə
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"