"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Qol.az saytına müsahibə verib.
- "Kəpəz"in birinci divizionda başa çatan mövsümdəki çıxışını necə dəyərləndirirsiniz?
- Çıxışımızı qənaətbəxş hesab etmirəm. Üçüncü dövrəni yüksək səviyyədə keçirmədik. Bunun da obyektiv və subyektiv səbəbləri var. Amma komanda çempionata yaxşı başlamışdı, kubok oyunları da yaxşı səviyyədə keçirdi. Növbəti dövrədə komandada eniş baş verdi. Ümumiyyətlə, komanda bacardığından zəif çıxış etdi.
- Enişin səbəbini nədə görürsünüz?
- Buna səbəb kimi bir çox amillər var. Əksər futbolçumuz gənc idi, psixoloji cəhətdən də tam hazır deyildilər. Kubokda yaxşı oyun göstərdilər və bir az da arxayınlıq əmələ gəldi. Düşündülər ki, Premyer Liqa komandasını məğlub edəndən sonra divizionda oynamaq rahat olar.
- Bir ara xəbərələr yayılmışdı ki, klubda kimlərləsə münasibətiniz pisdir, komandadan ayrılmaq istəyirsiniz.
- Mənim münasibətim hər kəslə yaxşıdır. Bu barədə bir söz deyə bilmərəm. Amma klubla müqaviləm davam edir. Yaxın günlərdə rəhbərliklə görüş olacaq. Ondan sonra qərar veriləcək.
- “Kəpəz”də çalışdığınız bu müddət ərzində yerli futbolçular üzə çıxara bilmisiniz?
- Mən əsasən gənclərlə üstünlük vermişəm. Hər oyun 7-8 gəncəli futbolçu oynayırdı. Bu gün də 3 futbolçumuz aşağı yaş qrupları üzrə Azərbaycan milli komandasının şərəfini qoruyur. Bunun özü bir göstəricidir. Digər futbolçularımız da milli komandanın məşqçilərinin nəzarətindədir. "Kəpəz"in bu mövsüm ən böyük qazancı bu futbolçular oldu.
- Nəzərə alsaq ki, birinci divizion perspektivsizdir, buna görə orada mübarizə aparmaq sizə çətin olmur?
- Elə deməzdim. Buradan aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarına futbolçular cəlb olunursa, demək ki, zəif liqa deyil. İkincisi də çempionatın gedişi də gözlədiyimiz kimi olmadı. Amma Premyer Liqaya qalxmaq üçün klubun şəraiti olmalıdır, infrastrukturu olmalıdır.
- “Kəpəz”in şərait Premyer Liqada çıxış etməyə imkan verirdi?
- Maliyyə vacib amildir. Amma bizim yaxşı meydanaçımız var, yüksək vəziyyətdədir. Əlavə süni meydançamız da var, məşq edirik. Amma baza da lazımdır. Yaxşı səviyyəli baza. Bu baxımdan götürəndə Gəncədə baza yoxdur. Bu şərait olandan sonra Premyer Liqadan danışmaq olar. Futbolçuya ilk növbədə şərait yaratmaq lazımdır.
- Komanda daxilində elitaya çıxmaq istəyi necədir?
- Əlbəttə bu, hər bir komandanın arzusudur. Dediyim kimi, buna hazırlaşmaq lazımdır. Hazırlıqsız gəlmək çox çətindir. Həm məşqçilər üçün, həm də futbolçular üçün şərait olmalıdır. Bunlar olandan sonra düşünmək olar.
- Mövcud vəziyət azarkeşlərə necə təsir edir?
- Təbii ki, pis təsir edir. Onlar komandanı hər il elitada görmək istəyir. Sadəcə, məlum məsələlərdən xəbərdar olan var, olmayan var. O məsələlər ki, hazırda sizinlə danışırıq. Gəncə azarkeşləri çox istəyir ki, “Kəpəz” Premyer Liqada mübarizə aparsın və onlar buna layiqdir. Amma əvvəlcə şərait lazımdır.
- Premyer Liqa çalışmaq istəyirsiniz?
- Hələ təklif gəlməyib. Gəlsə, fikirləşərəm.
- Hazırda Premyer Liqanın sonuna 2 tur qalıb. Birincilik uğrunda mübarizə gərginləşib...
- Nəinki birinci və ya ikinci, elə üçüncü, dördüncü yerlər uğrunda da gərgin mübarizə gedir. Çempionatda yaxşı mübarizə var. Hələ bilinmir kim neçənci yeri tutacaq. Axırıncı oyunlar çox çətin olacaq. Kim psixoloji cəhətdən hazırdırsa, o da qalib olacaq.
- Hansı komandanın çempion olmasını istərdiniz?
- Əlbəttə "Neftçi"nin çempion olmasını istəyirəm. Çünki illərlə o komandanın şərəfini qorumuşam. Bu il də çempionluğa yaxındır. Təbii ki, "Qarabağ"da bizimdir, bura Azərbaycan çempionatıdır. Sadəcə, futbolçu kimi məni "Neftçi" Azərbaycana tanıdıb. Onlara və ümumiyyətlə hər bir komandaya uğurlar arzu edirəm.
Ağa Dadaşzadə
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"