"Qarabağ"ın kapitanı Maksim Medvedev Qol.az saytına müsahibə verib.
- Kubokda mübarizəni yarımfinalda dayandırdınız. Bu amil daxili çempionatda çıxışınıza nə dərəcədə təsir göstərə bilər?
- Kubokda mübarizəni dayandırmağımız Premyer Liqaya təsir göstərməyəcək. Kubok başqa, çempionat başqa. Mənim üçün ölkə çempionu olmaq kuboku qazanmaqdan daha üstündür. Dəfələrlə olub ki, kubokda mübarizəni dayandırsaq da, çempionatda uğurla irəliləmişik. Çempionat yarışı daha nüfuzludur. Fikrimizi ora yönəldəcəyik.
- Sanki "Sumqayıt"la matçda "Qarabağ"da motivasiya yüksək deyildi.
- "Qarabağ" kimi komandanın futbolçularının elə də böyük motivasiyaya ehtiyacı yoxdur. Klubun adı, komanda üzvlərinin birliyi özü motivasiyadır. Biz meydanda çıxanda yalnız qələbə düşünürük. Kubokdakı uğursuzluğu motivasiya ilə əlaqələndirmirəm. Biz hər şeyi etdik ki, qalib gələk. Amma "Sumqayıt" bütün gücünü müdafiyəyə yönəltmişdi. Hər kəs gördü ki, onlar 120 dəqiqə müdafiədə oturdu. Hansına konstruktiv hücumları da olmadı. Topu meydanın mərkəzinə kimi gətirib sonra necə olacaq, onu düşünürdülər. Onlarda daim 7 nəfər arxada qaldırdı. Bütün oyunu müdafiədə keçirən belə rəqibə qarşı oynamaq bizə xoş deyil. Qol vurmağa, qələbə qazanmağa, gözəl futbol oynamağa çalışırıq. Həmişə istəyirik ki, azarkeşlər oyunumuzdan həzz alsınlar.
- "Qarabağ" penalti seriyasında uduzdu. Sizdə penaltilər seriyası sindromu var?
- Xeyr, elə bil sindrom yox idi. Biz qalib gəlmək istəyirdik. Çalışırdıq ki, oyun penaltilərə qədər uzanmasın. Çünki penalti seriyası lotoreya kimi şeydir. Öz oyun tərzimiz yaxşıdır. İstəyirdik ki, əsas vaxtda qalib gələk. Üstün futbol sərgiləyirdik. Elvin Məmmədov penaltini vura bilməyəndə biz yenə üstün idik. Sonra 2 futbolçumuz penaltini yerinə yetirə bilmədi. Buna görə də uduzduq. Yenə deyirəm, bizim üçün ən əsas gözəl və yaradıcı futbol nümayiş etdirməkdir.
- "Sumqayıt"a məğlubiyyətdən sonra Qurban Qurbanov sizə nə dedi?
- Qurban müəllim oyundan sonra soyunub-geyinmə otağında bizimlə söhbət etdi, bizə inandığını söylədi. Söhbətimiz komanda daxili məxfi məsələ olduğundan bunu açıqlaya bilməyəcəm. "Sumqayıt"a 2 oyunda qol vura bilmədik. Bu, bizi məyus etdi. Amma hesab edirəm ki, hər bir uğursuzluqdan nəticə çıxarmalıyıq. Qeyd etməliyəm ki, çempionat ərzində sənə qarşı müdafiə olunan komandalara qarşı oynamaq çox çətindir. Bilmirik ki, kim bizə qarşı hücum futbolu oynayacaq. Hamı müdafiə futbolu oynayır. Biz hər oyun yeni nəsə fikirləşməliyik ki, özümüz üçün zona açıb rəqibin cərimə meydançasına daxil olaq. Müdafiə futbolu oynayan komandalara qarşı bunu etmək çətin olur.
- "Qarabağ"ın əvvəlki illərlə müqayisədə zəiflədiyi barədə fikirlər var. Buna münasibətiniz necədir?
- Hər il belə sözlər eşidirəm ki, "Qarabağ" zəifləyib, əvvəlki gücündə deyil, komandada problem var. Bizim oyunumuzu izləyənlər, futbolla yaxından maraqlananlar isə gözəl bilir ki, biz nə qədər çox çalışırıq. "Qarabağ"ın finala çıxmaması o demək deyil ki, zəifləyib. "Qarabağ" Azərbaycan futbolunun bir nömrəsidir, uzun illər də belə olacaq. Komandada yaxşı oyunçu seçimi, aralarında yerli gənclər olmaqla yaxşı futbolçular var. Belə fikirlərlə razılaşmıram. Bu, kiminsə subyektiv fikri ola bilər. Mən komandamın gücünə bələdəm. Guman etmirəm ki, indi Azərbaycanda kimsə "Qarabağ" kimi oynaya bilsin.
- Bizdə çox azsaylı futbolçulardansan ki, indiyədək yalnız yetirməsi olduğu klubda çıxış edirsən. Heç "Qarabağ"ı Azərbaycanda başqa kluba dəyişmək kimi bir fikrin olubmu?
- Bu klubda oynamaq mənim üçün böyük fəxrdir. İllərdir bizim oyunumuz, nəticələrimiz onu görsədir ki, Azərbaycanın ən yaxşı komandasıyıq. "Qarabağ"ı hansısa kluba dəyişməklə bağlı heç bir fikrim olmayıb. Bura mənim ikinci evimdir. Azərbaycanda "Qarabağ" kimi klub uzun illər olmayacaq. Burda hər bir şey düzgün qurulub. Sanki bir sülalədir. Burda hər xırda an diqqətlə analiz olunur.
32 yaşım var, 15 ildir "Qarabağ"ın şərəfini qoruyuram. Onu deyə bilərəm ki, karyeramı bitirərəm, amma Azərbaycanda "Qarabağ"dan başqa heç bir klubda oynamaram.
- Millimizin baş məşqçisi Canni de Byazi son müsahibəsində deyib ki, millidə 2-3 oyunçu var ki, Avropanın aparıcı liqalarında çıxış edə bilər. Aslan Kərimov isə saytımıza müsahibəsində sənin və Mahirin adını çəkdi ki, A seriyası təmsilçisi "Fiorentina"da oynaya bilərlər. Bu fikirlə nə qədər razısan?
- De Byazi Avropada işləyib. Futbolçuları yaxşı tanıyır. Hesab edirəm ki, bizim Avropada oynaya biləcək istedadlı futbolçularımız var. Onu deyə bilərəm ki, azərbaycanlı futbolçulara Avropada oynamaq çətindir. Bunun da bir neçə səbəbi var. Bu, sırf şəxsi həyat məsələsi ilə bağlıdır. Sırf futbola gəlincə, sürətdə, zərbələrdə və digər məsələlərdə bizdə elə futbolçular var ki, Avropadakı bəzi oyunçuları üstələyirlər. De Byazi də, Aslan Kərimov da bunları görür, bilir. Ona görə də onlar fikirlərini söyləyərkən buna əsaslanır.
- Keçmiş komanda yoldaşın Donald Gerye Kipr mətbuatına müsahibəsində sənə atmaca atıb. O deyib ki, "Sportinq"lə oyunda Nani sənin mövqeyində istəyini edirdi.
- Donald çox maraqlı oğlandır, yumor hissi həmişə yüksək olub. Onun belə fikrlərinə öyrəşmişəm. Belə fikirləri bağışlanandır. Çünki onun necə insan olduğunu gözəl bilirəm.
Ağa Dadaşzadə
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqada debüt edə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu
"Barselona"nın 4 qollu qələbəsi - Video
"Qalatasaray"ın qələbəsi - Video
Toral "Bursaspor"da daha bir oyuna çıxdı
Renat Dadaşov Ukraynada debüt etdi
"Zirə" - "Qarabağ" matçından - Video
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı