Ötən gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində keçirilən "Zirə" - "Keşlə" matçı qalmaqallarla yadda qaldı. Qarşılaşmanın baş hakimi Elçin Məsiyevin verdiyi qərarlar hələ də futbol ictimaiyyətində müzakirə olunur.
"Qafqazinfo" oyunda baş verən epizodlarla bağlı məşhur türkiyəli şərhçi, sabiq FİFA referisi Mustafa Çulcu ilə əlaqə saxlayıb. Türkiyə Hakimlər Komitəsinin sabiq sədri epizodları şərh edərkən bildirib ki, qarşılaşmanın qırılma nöqtəsi matçın 9-cu dəqiqəsində qeydə alınıb.
"Fənərbağça" - "Qalatasaray" matçı kimi derbiləri idarə etmiş təcrübəli mütəxəssisin sözlərinə görə, Elçin Məsiyev "Keşlə"nin futbolçusu Vüsal İsgəndərlinin rəqibə qarşı açıq ayaqla oynayır və bu, birbaşa qırmızı vərəqədir:
"17 nömrəli futbolçunun zərbəsində şiddət var. O, bütün gücü ilə rəqibi sərt şəkildə durdurmağa çalışır. Epizod müzakirəsiz qırmızı vərəqədir. Bu epizodda sarı vərəqə vermək futbolu bilməmək və hakimin qorxaqlığının nəticəsidir. Deyərdim ki, bu, qarşılaşmanın qırılma nöqtəsidir".
Elçin Məsiyevin Vüsal İsgəndərliyə sarı vərəqə verdiyi epizod:
Matçda gərginliyə səbəb olan penalti epizodunu da şərh edən Mustafa Çulcu bildirib:
"Burada iki futbolçu bir-biri ilə mübarizə aparır. "Keşlə"nin futbolçusu sağ dirsəyi ilə rəqibinin qarın nahiyəsinə bir balaca zərbə endirir. Həmin an top başqa yerdə olduğu üçün baş hakimin bu epizodu görməsi mümkün deyil. Yan xətt hakimi də dirsək zərbəsini görə bilməz, çünki futbolçular bir-birinə yapışıb. "Zirə"nin futbolçusunun arxası yan xətt hakiminə tərəf olduğu və dirsək zərbəsi arada qaldığı üçün laysman epizodu görmür. Amma "Zirə"nin futbolçusunun "Keşlə"nin oyunçusuna vurduğu zərbə açıq-aşkar görünür. Hakimlər gördüyü epizoda qərar verərlər. Gördüyü epizoda görə qırmızı vərəqə və penalti qərarı doğrudur.
Qalmaqala səbəb olan penalti epizodu:
Müasir futbolda hakimlərin ilk etapda futbolçulara sözlə xəbərdarlıq etməsi çox önəmlidir. Elçin Məsiyev də matçın gərginliyini nəzərə alıb bunu əvvəldən etməliydi. Dirsək zərbəsini gözdən qaçırdığı üçün də yumruq zərbəsinə görə qərar verib. Əgər VAR olsaydı, VAR-ı izlədikdən sonra "Zirə"nin xeyirinə qərar verərdi. Əslində, dirsək zərbəsi şiddət sayılır. Amma dirsəklə rəqib futbolçu arasında az məsafə olduğu üçün, "Keşlə"nin üzvünə sarı vərəqə verməklə kifayətlə bilərdi".
Xatırladaq ki, bu epizoda görə etiraz edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov və onun köməkçisi Eltun Yaqublu da qırmızı vərəqə ilə cəzalandırılıb.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı