Son ölkə çempionu Kaxaber Sxadadze klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis “Gəncə” ilə səfər oyunundakı məğlubiyyətin səbəblərindən danışıb. O, həmçinin cari mövsümkü rəqibləri analiz edərək etiraf edib ki, çempionluq titulunu saxlamaq onu əldə etməkdən daha çətindir:
- “Gəncə” ilə oyunda ilk 5 dəqiqə bizim üçün çox ağır keçdi. Buna səbəb rəqibin düzgün qiymətləndirilməməsi oldu və bunun nəticəsində oyuna köklənmə lazımı səviyyədə olmadı. Böyük kadr problemlərinə baxmayaraq, biz “Qarabağ” və “Qəbələ” ilə gözəl oyunlar keçirmişdik. Lakin “Gəncə” ilə qarşılaşmada bunu edə bilmədik. Bu, əlbəttə ki, bəraət demək deyil - o bizim səvhdir. Hesab açıldıqdan sonra uşaqlar tələsməyə başladılar, onların hərəkətlərində bizə hücumların son mərhələlərində mane olan əsəbilik var idi.
- Qol buraxılan epizod hansısa konkret futbolçunun səhvidir?
- Mən heç zaman hansısa konkret futbolçunu günahlandırmıram. Futbol komanda oyunudur. Buraxılmış bir çox səhv qapımıza qolun vurulmasına gətirib çıxardı. Mən artıq oyuna yenidən baxmışam, bu gün onu futbolçularla birlikdə araşdıracağıq və müəyyən nəticələr əldə edəcəyik.
- Uğursuz birinci hissə sizi fasilədə iki əvəzetməyə vadar etdi...
- Doğrusu, imkan olsaydı, mən bir neçə əvəzetmə edərdim. Bizdə o qədər də alınmadı, buna səbəb, dediyim kimi, futbolçuların oyuna yaxşı köklənməmələri oldu. Mənə ağır gəlir. Biz çox lazımlı üç xal itirdik. Mən artıq dünən futbolçulara dedim ki, ağıllı adamlar başqalarının səhvləri üzərində öyrənirlər...Nə etməli? Biz belə bir səhv buraxdıq, amma bu, faciə deyil. Düşünürəm ki, bu oyun bizi silkələyəcək, məğlubiyyətdən mütləq lazımi nəticələr çıxaracağıq. Hakimlik məsələsi barədə də danışmaya bilmərəm. Birinci hissədə Arif Daşdəmirovu cərimə meydançasında yıxdılar, lakin hakimin fiti susdu. Bu gün Xaqani Məmmədovla görüşdüm və o etiraf etdi ki, orada penalti var idi. İkinci hissədə “Gəncə”nin futbolçusu cərimə sahəsində əlilə oynadı, lakin hakim yenə də reaksiya vermədi. Bundan başqa, Branislav Çervenkanın yıxılmasıyla bağlı epizod çox mübahisəlidir, fikrimcə, onu orada itələmişdilər. Hesab edirəm ki, hakim bilərəkdən bütün bu səhvlərə göz yumdu. Xaqani Məmmədovla söhbətimdə dedim ki, oyunun nəticəsinə təsir göstərən belə səhvlər buraxmış şəxslər ciddi şəkildə cəzalandırılmalıdırlar. Gəlin bu suala belə yanaşaq: mən səhv etdim, məni çox sərt şəkildə 5 oyunluq cəzalandırdılar. Nəyə görə başqalarını cəzalandırmırlar? “Gəncə” ilə matçı idarə etmiş hakimi cəzalandırmaq lazımdır ki, digər hakimlərə də dərs olsun və onlar belə səhvlərə yol verməsinlər.
- Bu il komanda az qol vurur - 6 oyuna 7 qol. Bu, nə ilə bağlıdır?
- Birincisi, bu onunla bağlıdır ki, bütün rəqiblər bizimlə oyunda hökmən qapanırlar. Hətta “Xəzər Lənkəran” bizə qarşı müdafiədən oynayırdı. “İnter”ə qarşı hamı xüsusi hazırlaşır, axı, biz ölkə çempionuyuq. İkincisi, bu, məqamların pis yerinə yetirilməsilə də bağlıdır. “Qarabağ”la oyunda biz bir çox məqamı qaçırdıq, həmçinin “Turan”la oyunda da məqamlardan istifadə edə bilmədik. Biz məşqlərdə məqamların yerinə yetirilməsi üzərində çox çalışırıq. Bundan başqa bu problem həmçinin fərdi yanaşma da tələb edir. Futbolçular özləri bu məsələ ilə məşğul olmalı və təkmilləşməlidirlər. Belə tapşırıqlar üçün hər məşqdən sonra vaxt ayırıram.
- Qarşıdan bu mövsüm hiss olunacaq dərəcə güclənmiş “Muğan”la oyun gəlir...
- “Muğan” çox möhkəm, döyüşkən, fiziki cəhətdən güclü komandadır, əbəs yerə öz meydanında “Bakı” komandasına qalib gəlmədi. Bu klubda bir çox yaxşı futbolçu var, hələlik onlar xüsusi stabil oyunla fəqrlənmirlər, lakin fikirləşirəm ki, bu komanda “altılığa” düşmək uğrunda mübarizə aparacaq. Deyərdim ki, “İnter”in asan oyunları olmur və olmayacaq. Bir daha təkrarlayıram, biz, axı, çempionuq, bu isə rəqiblərə əlavə stimul verir.
- Sözlərinizdən belə nəticəyə gəlmək olur ki, çempionluq titulunu saxlamaq, onu əldə etməkdən çətindir...
- Yuxarıda dediklərimdən belə nəticəyə gəlmək olar. Əgər ötən il komandalar “İnter”lə oyuna eyni gücə malik rəqib kimi meydana çıxırdılarsa, indi onlar başqa cür köklənirlər. Bir daha təkrarlayıram, çempionla oyun əlavə stimul verir, hamı məhz bizə qarşı oyunda özünü sübut etməyi arzulayır. Ancaq mən özümüzə inanıram, bizim komandanın böyük potensialı var və biz onu mütləq nümayiş etdirəcəyik.
- İndiki çempionatla əvvəlki çempionat arasında əsas fəqr nədən ibarətdir?
- Fikrimcə, ötənilki çempionat daha maraqlı idi. Həmin çempionatda bir çox yaxşı komandalar var idi. Bu mövsüm bir çox klublar mövqelərini itirdilər. Hələlik “Bakı” klubu öz oyununu tapa bilməyib, “Qarabağ” stabil görünmür. Ötən il “Turan” daha güclü idi, mən hələ “Simurq” barədə demirəm. “Standart” və “Karvan” da maraqlı komandalar idi. Bax, bu orta səviyyəli komandalar, fikrimcə, azalıb. Deyərdim ki, indi liderlərlə digərləri arasında hansısa uçurum yaranıb.
- Bəs, hansı komandalar gücləniblər?
- AZAL çox sevindirir, “Neftçi” çox güclənib. “Xəzər Lənkəran” da yaxşı istiqamətə dəyişib ki, bu da təəccüb doğurmur. Axı, onlar mövsümlərarası dövrdə transfer məsələsində çox çalışıblar. Fikirləşirəm ki, qışda “Qarabağ” artıracaq, bu klub mütləq güclənəcək, axı, indi orada futbolçu çatışmazlığı göz qabağındadır. “Bakı” klubunda da müsbət dəyişikliklərin olacağını gözləyirəm. Bu klub çox geniş heyətə, yüksək səviyyəli futbolçulara malikdir. Bununla belə, bu klublardan bəziləri qeyri-stabil oyun nümayiş etdirərsə, o zaman liderlərdən hiss olunacaq dərəcədə arxada qala və çempionluq uğrunda mübarizəyə qoşulmaya bilərlər.
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?