"Ardıcıl iki oyundur qol vururam. Amma bu, mənim maksimum gücüm deyil. Həmişə yaxşı oynamaq üçün çalışıram. Bundan sonra da komandam üçün əlimdən gələni edəcəyəm. Məqsədim ən yaxşı formada olmaqdır".
Bu sözləri "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqansının 23-cü turunda evdə "Zirə"yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.az-a açıqlamasında deyib. 25 yaşlı hücumçu düşünür ki, bu hesaba görə gələcək oyunlarda arxayınlaşmaq olmaz:
"Zirə ilə matçın ilk hissəsi 0:0 bitsə də, çoxlu qol epizodları olmuşdu. Sadəcə olaraq, ikinci hissədə hücumların sonluğu qolla bitdi. Bütün oyunlara bu motivasiya ilə çıxacağıq. Bizim bu qələbədən sonra eyforiyaya qapılmaq haqqımız yoxdur. Hər bir futbolçumuz özündə məsuliyyət daşıyır. İnanmıram ki, o cəhətdən problem olsun".
Həmçinin o, "Qarabağ"ın xal itirməsinin onları ruhlandırmadığını söyləyib: "Oyunlara hazırlıq 1 gün ərzində olmur. Deyə bilmərəm ki, "Qarabağ"ın xal itkisi bizim üçün rol oynadı. Biz bu həftə ərzində məşqlərə başlayanda bilmirdik ki, "Qarabağ" 1 gün qabaq xal itirəcək".
Yayda paytaxt klubu ilə müqaviləsi başa çatacaq Murabdulla Abbasov sonda bu məsələdən də danışıb: "Müqaviləm bitir, amma bu dəqiqə onu fikirləşmək vaxtı deyil. Bütün fikrim oyunlarda qol vurmaq, komandamın qələbəsidir. Mövsüm başa çatdıqdan sonra bu məsələ haqda düşünmək olar. Özümə qaldıqda isə "Neftçi"də davam etmək istəyirəm. Hər yerdə demişəm ki, Samir Abasovun baş məşqçiliyi altında özümü yaxşı hiss edirəm. Burada futboldan həzz alıram".
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…