"Keşlə"nin sabiq yarımmüdafiəçisi, futboldan uzaqlaşdırılan Nizami Hacıyev Qol.az saytına müsahibə verib.
- Hazırda nə işlə məşğulsunuz?
- Moskvada yaşayırdım, şəxsi məsələlərə görə geri qayıtdım. İndi işləmirəm.
- Bəs, gəliriniz hardandır? Necə dolanırsınız?
- Allaha şükür. Göydə Allah, yerdə yaxşı dostlar yanımızdadır. 2-3 yaxın dostum var, hərtərəfli yanımdadırlar. Onlara əsl dostlardır. Elə fürsətdən istifadə edib Qol.az-ın vasitəsi ilə onlara dərin təşəkkürümü bildirirəm. İnsanın həyatında dost gözəl şeydir. Mən bu dostları qazanmışam. Onlarla həm nəfəs alır, həm də fəxr edirəm.
- AFFA sizi futboldan ömürlük uzaqlaşdırdı. Sizcə, verilən qərar ağır idimi?
- Hərə bir cür düşünür, düşüncə azaddır. Bəli, sırf cəza haqqında danışırıqsa, çox ağırdır. Amma bu cəza AFFA rəhbərliyi tərəfindən verilib. Nə qədər çalışsaq da, rəhbərlik fikrindən daşınmadı. Hər şey göz qabağındadır. Dediyim kimi, cəza çox ağırdır.
- Cəzanın yüngülləşməsi və ya aradan qalxması üçün hansı işlər gördünüz?
- Cəza ağırdır, amma bunu yüngülləşdirmək olardı. Dünyanın hər yerində belə hallar baş verir. Lakin belə ağır qərarlar demək olar ki, yoxdur. Mən nə qədər bu cəza ilə razı olmasam belə, qərar qüvvədədir. Heç bir şeyi dəyişə bilmərik. AFFA rəhbərliyi bu barədə fikrini dəyişib, qərarı üstümüzdən götürərsə, cəzanı yüngülləşdirərsə, addım atmağıma səbəb yaranar.
- Ümid sonda ölür. Bəlkə addım atasınız? Necə ki, Mirhüseyn Seyidov ümid yerinin olduğunu demişdi.
- Bəli, ola bilər ki, Mirhüseyn tərəfdən addımlar atılır, mən bunu dəstəkləyirəm. Təbii ki, istərdim addım atım. Lakin ümid yeri olsa, o addımı ataram. Həyatı da belə yaşayıram. İnsanlara fikrimi çatdırdığım qədər sözümü deyirəm. Əgər addım atacamsa və qərar qüvvədə qalacaqsa, düşünürəm ki, oturduğum yer elə yaxşıdır. Mən bildiyim qədər Mirhüseyn Seyidovla mənim yaşadığım problemdən heç kim danışmaq istəmir. Hərə bir cür düşünür. Bir daha deyirəm, hamı bilir ki, bizə verilən cəza çox ağırdır. Bu qərar kimlərinsə gözünü qorxutmaq üçündürsə, o başqa məsələ. Daha açıq deyim, Azərbaycan futbolu bizim qərarla düzələcəksə, mən o cəzanı ömürümün sonuna qədər çəkməyə hazıram. Azərbaycan futbolu yüksələcəksə, inkişaf edəcəksə, yüksək yerlər uğrunda mübarizə aparacaqsa, çempionatımızda 8 yox, 18 komanda olacaqsa və bizim cəzamız bunun üçün önəmlidirsə, mən bu cəzanı çəkərəm. Bu gün futbolumuz yox vəziyyətində olduğu, kiminsə gözünü qorxutmaq, kiməsə örnək olmaq üçün Mirhüseynlə Nizaminin cəzasını ömürlük etmək, mənasız bir şeylərdir.
- Bu məsələdə dost dediyiniz adamlardan zərbə aldınız?
- Əlbəttə, güvəndiyimiz, çörək kəsdiyimiz insanların iç üzünü gördük. Pisi də, yaxşını da. 98 faiz insan özünü mənfi tərəfdən görsətdi, cəmi 2 faiz şəxs bizə dəstək oldu. Həmin 98 faiz insan sanki bizə tərəf gəlməyə ehtiyat etdi. Mən Zabratda böyümüşəm, uşaq vaxtı yaxşı futbol oynadığıma görə uşaqlar adımı bilmirdi, Zabrat çağırırdılar. Zabrata, mənim yanıma gələn idmançılar var idi ki, bu gün Zabratın yolunu tanımırlar. Söhbət mən oynadığım dövrdən - komandanın kapitanı olduğum vaxtdan gedir. O dövr ki, qılıncımın qabağı da kəsirdi, arxası da. Yanıma elə idmançılar gəlirdi ki, adlarını sadalamağa başlasam, gərək 1 gün sərf edim. Həmin idmançılar həftədə 1 dəfə zəng vurub, demədilər ki, “Nizami, necəsən?" Məsələ budur. Halbuki illərlə çörək kəsmişik, çiyin-çiyinə vuruşmuşuq. Bunu xususi deyirəm. Mən Nizami Hacıyevin onlara ehtiyacım yoxdur! Bayaq da dedim, sağ olsun 2-3 dostum var ki, yanımdadırlar. Mən bununla qürur duyuram. Amma o idmançılar ki, bir vaxtlar can deyib, can eşidirdi, indi bizdən üz döndərdi, onlara bircə sözüm var: utanın! Kimin necə insan olduğunu hər kəs bilir.
- Hazırda "Keşlə" klubu ilə əlaqəniz qalıbmı?
- Xeyr, əlaqəm qalmayıb. Əlaqə qurmağa cəhd belə göstərmirəm. Bilirsiniz, umumiyyətlə, pis günümdə mən dostlarımı, ətrafımı axtarmalı deyiləm. Mən çətinə düşdüyüm halda onlar mənə tərəf gəlib, deməlidir ki, axı, səninlə çörək kəsmişik. O vaxtlar komandada filan problem var idi, onu həll etmisən. Birinin krediti var idi, birinin uşağı xəstə idi, birini evdən sıxırdılar. Belə misallar çoxdur e... Öz problemlərim qala-qala onun-bunun problemlərini həll edirdim, gedib, klub rəhbərliyindən birbaşa onlar üçün xahiş edirdim. Kimlərəsə görə hər zaman yardım əlini uzadan Nizami bu gün o insanların zəngini görmür. Onlar bu gün mənə zəng vursalar, telefonu açmaram. Çünki mənim bu gün vaxtımı sərf etdiyim insanlar mənim üçün çox dəyərlidir.
- "Keşlə"nin hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Oyunu haqqında çox mənfi fikirlərim var. Bu gün onların yaxşı futbolçuları olsa da, görünür ki, çatışmayan cəhətlər var. Sənan Qurbanov baş məşqçi gəlib, biz onunla "Qəbələ"də işləmişik. İnanıram ki, Sənan çıxış yolu tapıb, komandanı yüksək pillələrə çıxaracaq. Mən öz payıma deyirəm, biz o komandanın şərəfini qoruduğumuz zaman "Keşlə" heç vaxt sonuncu yerdə olmayıb. Futboldur, belə şeylər olur. Çempionatın zəif olması "Keşlə" klubunda da özünü biruzə verdi. Ümid edirəm ki, son turlarda yaxşı nəticə göstərəcəklər. Düzdür, 5-6 tura böyük bir şey etmək çətindir. Amma komandanı gələn ilə hazır lamaq olar.
- Futboldan kənar qalmaq necə hisslərdir? Bir çox futbolçu belə məqamlarda sadəcə kövrəlir. Sizdə necədir?
- Biz artıq kövrəlmək yaşını keçmişik, geridə qalan problemlərin üzərindən xətt çəkmişik. Ancaq ailəmi, yaxınlarımı, dostlarımı düşünürəm. Hər bir atdığım addımı fikirləşib, atıram. Bu gün futbola baxdıqda kədərlənməsəm də, məyusluq keçirdiyim anlar olur. Elə epizodlar var ki, mən oynayanda maraqlı ötürmələr, qüvvətli zərbələr vurmuşam. Bunları sözlə ifadə etmək olmur.
- Bəs, Premyer Liqanın səviyyəsi barədə fikirlərin necədir?
- Yüksək səviyyəli çempionat görmürəm. Mən demirəm ki, bizim oynadığımız vaxtda çox güclü idi. Amma həmin vaxtlarda çempionluq uğrunda 4-5 komanda mübarizə aparırdı. Bu gün ancaq "Qarabağ" və "Neftçi" birincilik uğrunda oynayır. Çempionata maraq tamamilə azalıb. Pandemiya səbəbindən azarkeşlər oyunlara buraxılmır. Onsuz əvvəllər də tribunalar tam dolmurdu. Bir sözlə desək, çempionatımızı bu vəziyyətdə görmək çox üzücüdür.
- Milli komandanın oyunlarını izlədik. 3 matça 3 məğlubiyyət...
- Portuqaliya ilə oyunda komanda pis oynamadı. Bu gün sonuncu Avropa çempionuna 1:0 məğlub olduq, o qol da öz səhvimizdən vuruldu. Çoxdandır ki, qələbə qazanmırıq. Yaxşı futbolçular da var, onların sayəsində qalib gəlmək olar.
- Futbolumuza arzularınız nədir?
- İlk növbədə milli komandanın uğurlarını, qələbələrini görmək istəyirəm. Yığma hər bir insanın qürurudur. Mən də millinin bütün yaş qrupları üzrə komandalarının və A millinin şərəfini qorumuşam. Heç vaxt sıradan bir futbolçu olmamışam. Yığmada bizim dostlarımız var. Yaxşı insan, yaxşı qardaşlar var.
- Bəs, sizin gələcəklə bağlı hansı planlarınız var?
- Gələcəkdə millinin baş məşqçisi olacağam. Artıq məşqçi heyətini də hazırlamışam. Bunu həyata keçirtmək üçün əlimdən gələni edəcəyəm. Özüm baş məşqçi olacağam. Elçin Qurbanov məsləhətçi, məşqçilər isə Mirhüseyn Seyidov və Ramin Quliyev olacaqlar. Bu yolda bütün addımları atacağam ki, sonda arzuma çatım.
Ağa Dadaşzadə
Kompani narazıdır
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir