"Qarabağ"ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir Qol.az saytına müsahibə verib.
- “Qarabağ”la müqaviləni 3 illik uzatdın. Daha 3 il komandada qalmaq istəyində əsas nələr rol oynadı?
- Ümumiyyətlə, burada hər şey mənim ürəyimcədir. Həm komanda yoldaşlarım, həm ab-hava, klubda qurulan struktur yaxşıdır. Ailəm də bu şəhərdə xoşbəxtdir. Klubun iddiaları da mənim iddialarım ilə üst-üstə düşür. Komanda daim çempion olmaq, titullar qazanmaq, avrokuboklarda iştirak etmək istəyir. Ona görə də heç düşünmədən müqaviləyə imza atdım.
- Artıq 3 ildir Azərbaycandasan. Fransadan sonra burada yaşamaq necədir? Azərbaycanda ən çox nəyi bəyənirsən və buranın mədəniyyəti haqqında fikirlərin necədir?
- Doğrudur. Artıq bir neçə ildir Azərbaycanda yaşayıram. Çox xoşbəxtəm. Bayaq qeyd etdiyim kimi, Azərbaycan çox gözəl ölkədir. Həm də mədəniyyəti maraqlıdır. Ümumiyyətlə, azərbaycanlılar çox xoşuma gəlir. Onlar əcnəbilərə çox yaxşı davranırlar. Bizi darıxmağa qoymurlar. Bu, tək mənə aid deyil. Müşahidələrimə əsasən deyirəm. Burada yaşamaq çox rahatdır. Hər şey ürəyimcədir.
- "Sumqayıt”la görüşdə dubl etdin və “Qarabağ”da ən yaxşı oyunlarından birini keçirdin. Çox sürətli və dinamik keçən görüş haqda nə deyə bilərsən?
- Bəlkə oyuna baxmayıb, hesabı görən kimsə düşünür ki, bizim üçün asan qələbə oldu. Əslində isə belə deyil. Oyunun gedişində də hiss olunurdu ki, "Sumqayıt" bizə qarşı xüsusi hazırlaşıb. Əzmkarlıqla mübarizə aparırdılar. Əsasən də oyunun əvvəllərində biz bunu çox hiss edirdik. Sözün düzü, qol vurduqdan sonra artıq açılmağa başladılar. Bizim üçün nisbətən boşluqlar tapmaq mümkün oldu. Böyük hesabla qalib gəlməyimizə baxmayaraq, çox çətin oyun idi.
- Komandanız yenidən vahid liderliyə yüksəldi. “Qarabağ”ın kubok oyunlarının da olduğunu nəzərə alsaq, “Neftçi” ilə çempionluq mübarizəsi çətin olmayacaq ki?
- Bəli, "Neftçi" kubok matçlarında mübarizə aparmayacaq. Ancaq bizim üçün hər hansı bir problem olacağını düşünmürəm. Çünki hələ mövsümün əvvəllərindən hədəflərimiz var idi. Həm çempion olmaq, həm də kuboku qazanmaq istəyirdik. Bunun bizim üçün çətinlik yaradacağına inanmıram. Əsas olan oyuna yaxşı hazırlaşmaq və hədəflərimizə çatmaqdır.
- Əksər oyunlarda “Qarabağ”ın rəqiblərinə rahatllqla qalib gəldiyi görünür. Çempionatın bu durumu sizin Avropadakı çıxışınıza necə təsir edir?
- Mən bu məsələdə sizinlə qətiyyən razı deyiləm. Məncə, siz yəqin ki, oyunları yaxşı analiz etməmisiniz. Bəlkə də bəzi matçlarda çox qol vurmağımız aldadıcı görünür. Bütün komandalar mübarizə aparırlar. Xüsusilə bizə qarşı daha əzmkarlıqla oynayırlar. Qələbə qazanmaq bizim üçün heç də asan başa gəlmir. Sözün əsl mənasında əziyyət çəkirik. Tər tökürük. O ki qaldı Avropadakı çıxışımıza təsirinə, bununla bağlı nəsə deyə bilmərəm. Amma avrokuboklar başqadır. Çünki orada rəqiblərin səviyyəsi də fərqlidir. Daha yuxarı səviyyəli futbolçularla qarşılaşmalı olursan. Bəzən bütün oyunu müdafiədə keçirməli olursan. Yəni, səviyyə tam başqadır.
- Ötən mövsüm Premyer Liqanın ən yaxşı oyunçusu seçildin. Bu mövsüm də buna iddialısan? Yaxud da buna layiq kimi görürsən?
- Doğrudur. Keçən il mövsümün ən yaxşı futbolçusu seçilmişdim. Təbii ki, fərdi mükafat qazanmaq çox xoşdur. Kimsə çəkdiyin əziyyəti qiymətləndirirsə, bu, insanı sevindirir. Belə mükafatlar əldə etməyi insan həmişə istəyər. Amma ilk növbədə komandanın qarşısına qoyduğu məqsədlərə çatmalıyıq. Həmin mükafatları qazanmalıyıq. Onları əldə etdiyimiz halda yenə ən yaxşı futbolçu mükafatına layiq görülürəmsə, təbii ki, sevinəcəyəm. Mövsümün sonuna hələ vaxt var. Baxaq, görək, necə olur.
Ramiq Ağaməmmədov
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı