“Çətin oyun oldu. Belə də gözləyirdik. Qarşıda bizi çətin oyunlar gözləyir. Ruhdan düşmək olmaz".
Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
O, məğlubiyyəti belə şərh gətirib: "Bu gün qol epizodları yaratmağa nail olurduq. Fasiləyə bərabərliklə yollanmaq istəyirdik. Amma bu gün hakimin kobud səhvi oldu. İlk qolda Vüqar Mustafayevə qarşı kobudluq oldu, görmədilər. Hakimləri oyuna aqressiv hazırlayırlar. Xüsusən də, dördüncü hakimləri başa düşə bilmirəm. Baş məşqçiyə hərəkət etmək imkanı vermirlər. Bu gün də hakimlikdən narazı qaldıq. Avropaya baxıb öyrənsinlər. Dördüncü qolda da ofsayd var idi. Öz oyunçularımın da ötürmələrdə səhvləri oldu. Əli Qurbaninin zədələnməsi də planlarımızı pozdu. “Qarabağ” isə səhvlərdən istifadə edən komandadır”.
- Bəzi oyunçularınızın zəif təsir bağışlaması yorğunluqla bağlı idi?
- Murad Xaçayevin zədəsi var idi, amma risk edib meydana buraxdıq. Sonradan axsadı. Vüqar Mustafayevin xəstəliyi var idi, bir məşq edib oyuna çıxmışdı. Məşqi az edən futbolçuların tempə ayaq uydurmamaları normaldır.
- Qarşıdakı matçlarda heyətdə dəyişikliklər planlaşdırırsınız?
- Bütün futbolçularıma güvənirəm. Rotasiyalarımız olacaq. Qarşımıza mütləq avrokuboklara çıxmalıyıq məqsədi qoyulmayıb. Məqsədimiz mübarizə aparmaqdır. Bu periodda zədələnməmək önəmlidir. Bu üzdən dəyişikliklər etməyə məcburuq.
- “Sumqayıt” evdə “Qarabağ”a qarşı ən yaxşı oynayan komandalardan biridir. Bəs səfərdə bunu davam etdirməmək nə ilə bağlıdır?
- “Qarabağ” bu stadionda yaxşı çıxış edir. Statistikaya fikir verməmişəm. “Tofiq Bəhramov”da bərabərə qaldığımız vaxtlar olub. “Qarabağ” və “Neftçi”nin səviyyəsi göz qabağındadır.
- “Qarabağ”la ölkə kubokunda da üz-üzə gələcəksiniz. Bu gün həmin oyunlar üçün hansı qeydləri götürmüsünüz?
- Biz bu oyuna çox detallı hazırlaşmışdıq. “Qarabağ”, bəlkə də, çempionatın ən yaxşı komandasıdır. Həm müdafiədə, həm də hücumda pressinq edir. Kubok oyunu tam başqa olur. “Zirə” və “Qəbələ” ilə çox çətin iki çempionat oyunumuz da var. Bu gün kuboku düşünməyə vaxtımız yoxdur.(apasport)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı