"Keşlə"nin yarımmüdafiəçisi Rəhman Hacıyev "Zirə" ilə oyun öncəsi Qol.az saytına müsahibə verib.
- Ötən tur "Qarabağ"a qol vurdunuz. Bu qol özünəinamı artırıb?
- Mənim özümə hər zaman güvənim olub. Sonuncu oyun qol vurdum. Bu qol məni daha da ruhlandırır. Bundan başqa komandanın yaxşı oyun nümayiş etdirməsi özü də müsbət haldır. "Zirə" ilə matça gəldikdə hər şey qaydasındadır. Oyuna 3 xal üçün çıxacağıq. İnanıram ki, qələbə qazana biləcəyik.
- Qələbə qazana bilmirsiniz. Buna maaşların gecikməsi təsir edə bilərmi?
- Düzdür, maaşlar gecikir. Amma onun bu məsələyə heç bir aidiyyatı yoxdur. Təbii ki, maaşlar verilməlidir. Lakin hər bir peşəkar futbolçu oyunda və məşqdə əlindən gələni etməlidir. Hamı dərk edir ki, maaş əvvəl-axır veriləcək. Ona görə də başqa bəhanələrə ehtiyac yoxdur. Bizim komanda ancaq oyunları düşünür ki, çıxıb qələbə qazansın və yuxarı pillələrə qalxsın.
- Maraqlıdır ki, ən yaxşı formada olduğunuz zamanda belə, milliyə mütamadi dəvət ala bilmirdiniz...
- Yenə dəvət alaram. Zədələnmişdim. Bu səbəbdən bir neçə oyunu buraxmalı oldum. Artıq meydana qayıtdım, ilk matçımda qol vurdum. Şansımı gözləyirəm. Milliyə dəvət alsam, ən yaxşısını etməyə çalışacağam. Özümə güvənirəm.
- Sənan Qurbanovun oyun üslununu mənimsəyə bilmisiniz?
- Sənan Qurbanovun gəlişi komandada çox şeyi dəyişib. İstər oyun, istərsə də intizam baxımdam hər şey dəyişib. Hər bir məşqçinin öz oyun taktikası var. Bunu isə tez bir zamanda həyata keçirmək qeyri-mümkündür. Sənan Qurbanov hələ yenidir, ona da, bizə də vaxt lazımdır. Düzdür, belə baxanda zamanımız yoxdur. Amma növbəti oyunlarda qələbə qazanıb, qarşıdakı illərə baxmalıyıq. Sənan müəllimə güvənirik.
Ağa Dadaşzadə
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"