AFFA-nın texniki direktoru Cahangir Həsənzadə Azərbaycanda uşaq futbolunun hazırkı durumu ilə bağlı Qol.az saytına müsahibə verib
- Pandemiya səbəbindən 1 ildən çoxdur ki, aşağı yaş qrupları üzrə liqaların fəaliyyət dayandırılıb. Amma bu mövsüm böyüklər arasında futbol yarışları davam etməkdədir. Bu mənada, aşağı yaş qrupu üzrə liqaların bərpasına mane olan əsas səbəb nədir və bu istiqamətdə AFFA tərəfindən nə kimi işlər həyata keçirilir?
- Pandemiya ilə əlaqədar aşağı yaş üzrə liqaların fəaliyyəti müvəqətti olaraq dayanıb. Bildiyiniz kimi, uşaqlar daha çox daşıyıcı qismində olur. Buna görə özləri bu xəstəliyi yüngül keçirdiklərinə görə yaşlı nəsli yoluxdura bilirlər. Klublar öz növbəsində uşaqlara nəzarət mexanizmini istənilən qədər həyata keçirə bilmir. Düzdür, Premyer Liqa və birinci divizionda futbolçular Covid-19 testi verib oyuna çıxır. Aşağı yaş qrupları üçün isə hər klub bunu edə bilmir. Uşaqların cəm halında toplaşması ilə bağlı Operativ Qərargahla müzakirə etdik, sonda məsələyə bu cür qiymət verdik. Əlavə olaraq bu ilin əvvəlində plan irəli sürdük ki, yarışları bərpa edək. Təəssüf ki, yoluxma sayı artdı. Operativ Qərargahla müzakirədən sonra belə qərara alındı ki, yarışları müvəqqəti də olsa təxirə salaq.
- Pandemiya dövründə yeniyetmə və gənc futbolçuların durumundan necə xəbər tutursunuz? Bir il futbolsuz qalmaları onlara nə kimi problemlər yaradıb?
- Sözsüz ki, biz klublarla mütəmadi olaraq əlaqə saxlayırıq. Bildiyiniz kimi U-16, U-17, U-18, U-19, hətta U-21-in daimi olaraq təlim-məşq toplanışları AFFA tərəfindən təmin olunur. İmkan olduqca elit məşq lahiyəsində kifayət qədər uşaq məşq edir. Bildiyimə görə, bəzi klublar məşq sayını azaltmaq şərti ilə hazırlıq prosesi keçirlər. Biz də müntəzəm olaraq məşqçilərlə barəbər onlara nəzarət edirik. Çalışırıq ki, həmin oyunçuları təlim-məşq toplanışına cəlb edək, onları bacardığımız qədər tonusda saxlayaq. Məşqlər olmadığı vaxtlarda da çalışdıq ki, məşq prosesini onlayn formada futbolçulara çatdıraq. Məlumdur ki, çatışmazlıqlar var. Bu, qaçılmazdır və tək bizə aid məsələ deyil. Öz növbəmizdə əlaqə saxlayıb, lazım olan məsələlərə nəzarət edirik.
- 1 ildir liqaların dayanması bütün milli komandalara zərər vurub. Bunun aradan qaldırmaq üçün alternativ planlar hazırlanıbmı?
- Alternativ planımız bayaq dediyim kimi, ancaq təlim-məşq toplanışlarıdır. Bunları daha sıx qrafiklə təşkil edirik. Əvvəl ayda 1 dəfə edirdiksə, indi daha tez və uzun müddətli toplanış təşkil edirik. Həmin toplanışlara xaricdə oynayan azərbaycanlı futbolçuları dəvət edib, yoxlanışdan keçiririk. Oktyabr-noyabr aylarında seçmə mərhələnin oyunları baş tutarsa, gərək həmin oyunlara hazır olaq.
- Azərbaycanda uşaq futbolunda problemlərin olması məsələsi tez-tez qaldırılır. Siz birbaşa bu işin içində olan və müvafiq departamentə rəhbərlik edən şəxs kimi bu sahədə hansı çatışmazlıqlar görürsünüz? Bunun aradan qaldırılması üçün nə kimi tövsiyələr verirsiniz?
- Hazırda bununla bağlı strategiya hazırlayıram. Amma görünən odur ki, klublarda hazırlıq prosesi aşağı səviyyədədir. Yəni texniki, baza, infrastruktur baxımdan problemlər var. Bundan başqa futbolçulara istənilən qədər bilik və bacarıqlar aşılanmır.
- Bir müddət əvvəl Tovuzda Futbol Akademiyasının açılışı oldu. Yaxın gələcəkdə digər bölgələrimizdə AFFA-nın xətti ilə akademiyalar, uşaq futbol məktəblərinin inşası nəzərdə tutulurmu?
- Bu proses 1-2 günün işi deyil. Tovuz akademiyasının açılışına hazırlıq prosesi bir neçə pilləli oldu, kifayət qədər vaxt getdi. Amma bir şey dəqiqdir ki, regionlarda o cür akademiyaların yaradılması vacibdir. Əlbəttə, bunun üzərində iş gedir.
- Uşaq futbolundakı problemlər barədə suallarımız oldu. Məlumdur ki, bu sahəyə media tərəfindən elə çox diqqət ayrılmır, təbliğat işi də zəifdir. Ona görə sualımız budur ki, hansısa müsbət məqamlar varmı ki, bundan geniş futbol ictimaiyyəti, o cümlədən media məlumatsızdır?
- Düşünmürəm ki, bilinməyən hansısa məqam olsun. İctimaiyyət futbolun üzdə olan tərəflərini, nəticəni görür. Amma oyuna qədər olan hazırlıq proseslərini, situasiyalar var ki, onu çox adam görmür. Biz problemləri yox, problemlərin həlli yolunu axtarırıq. Hazırda yekun nöqtəni qoymağa yaxınlaşırıq. Vacib olan məsələləri gündəmə çıxarmağı düşünürük.
- Siz özünüz futbolçu karyeranız zamanı qapıçı olmusunuz. Bu gün Azərbaycanda peşəkar futbolçular arasında qapıçıların səviyyəsi barədə fikirləriniz necədir?
- Düzü, o qədər də qənaətbəxş deyil. Çünki rəqabət aşağıdır. Amma düşünürəm ki, yaxın gələcəkdə yerli qapıçılarımız özlərini yaxşı tərəfdən göstərəcək. Biz də federasiya olaraq gərək elə bir şərait yaradaq ki, yerli qapıçılar klublarda mütəmadi oynadığı halda inkişaf etsin. Qapıçı oynamasa, inkişaf edə bilməz.
- Bəs, qapıçılarla bağlı aşağı yaş qruplarından durum necədir?
- U-21-lə başlasaq, hər şey yaxşıdır, U-20-də də vəziyyət yaxşıdır. Bir az aşağı düşsək, U-18-də vəziyyət nisbətən zəifdir. Amma ümumilikdə hər şey qaydasındadır, baza var. Yaxın 2-3 ildə yerli qapıçılarımız özlərini yaxşı tərəfdən göstərəcəklər.
Ağa Dadaşzadə
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"