"Sumqayıt" klubunun yarımmüdafiəçisi Elvin Məmmədov Qol.az saytına müsahibə verib.
- Ötən tur lider "Neftçi"yə qalib gəldiniz. Oyun haqda fikriniz necədir?
- Komandamı təbrik edirəm, yaxşı mübarizə apararaq qələbə qazandıq. Komanda yoldaşlarım mübariz oyun nümayiş etdirdilər, əzmlə vuruşdular. Buna görə də qələbə qazandıq.
- "Neftçi"ni çempionluq yolunda büdrədib, üçüncü yerdə qərarlaşan "Zirə" ilə xal fərqini ikiyə endirdiniz. Bu qələbə komandaya nə dərəcədə stimul verə biləcək?
- Komanda olaraq qarşımıza konkret hədəf qoyulmayıb ki, avrokuboklara gedəsiniz, yaxud 3-4-cü yerləri tutasınız. Sadəcə olaraq baş məşqçinin də dediyi kimi, “siz oyunlarda maksimum mübarizə aparın, nəticə özü gələcək”. Bunun nə qədər davam edəcəyini isə zaman göstərəcək. Futboldur, enişli-yoxuşlu yollar çoxdur.
- Son çıxışların səni qane edirmi?
- Özümü tərifləmək istəmirəm. Əslində bu suala cavab verməyim düz çıxmaz. Baş məşqçi daha yaxşı görür. Amma oyunlarda və məşqlərdə komandama maksimum gücümlə kömək etməyə çalışıram. Çıxışımı normal dəyərləndirirəm.
- 32 yaşın var. Bu isə milli komanda üçün qoca yaş sayılır. Bu haqda nə düşünürsünüz?
- Mən belə fikirləşmirəm, heç vaxt gec deyil. Davamlı oynasam, klubumda qol vursam, qol ötürməsi etsəm, milliyə niyə də çağırılmayım? Azərbaycanda bunun nümunələri var ki, bu yaşda normal çıxış edirlər. Eyni zamanda milliyə mənim indiki yaşımda olan xeyli futbolçu çağırılıb. Yenə deyirəm, daha çox və və daha yaxşı oynasam, yolum milli komandaya açıq olar.
- Daha çox oyunda şans qazanmaq üçün nə lazımdır?
- Özümdən asılı olan bir şeydir. Başqa səbəbi yoxdur.
- Son aldığın zədə futbol oynamağın üçün maneə yaratmır?
- Xeyr, hər şey qaydasındadır. Görürsünüz, oynayıram, heç bir problem yoxdur.
- Əksər klublar hakimliklə bağlı narazılıqlar edir, ara-sıra sizin də oyunlarda bunun şahidi oluruq. Bu haqda fikirləriniz maraqlıdır.
- Təbii ki, hakimlərin işi çətindir. Onlar da insandır, səhv edə bilərlər. Elə oyunlar var ki, yüksək səviyyədə idarə edirlər, elə oyunlar da var ki, səhvlər olur. Bu da normal bir şeydir. Onlara dəstək lazımdır. Bizdə də VAR sistemi olsa, səhvlər bu qədər qabardılmaz.
- Qurban Qurbanov ötən həftə çempionatın səviyyəsinin aşağı olmasından narazılıq bildirdi.
- Həmin açıqlamanı oxumuşam. Biz futbolçular da bunun fərqindəyik. 12-14 komandanı görmüş bir oyunçu kimi deyirəm ki, çempionat o vaxt daha maraqlı idi. Rayonlara gedəndə azarkeşlər yüksək atmosfer yaradırdılar, əla ab-hava olurdu. Əlbəttə, nə qədər çox komanda olsa, o qədər də çox futbolçu olar. Belə olanda yaxşı futbolçular yetişir. Həmin dövrlər milliyə 60-70 nəfər namizəd olurdu. İndi say xeyli azalıb. Futbolçu seçimi çox olanda güclü rəqabət gedir, inkişaf olur. Çempionatın müddəti uzun çəkir. Futbolçuların inkişafı üçün bunlar əsas məqamlardır. Mən də futbolçu olaraq istəyirəm ki, daha çox komanda, rəqabət olsun.
Ağa Dadaşzadə
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"