Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyundan əvvəl mətbuat konfransı keçirib.
- İki səfər oyunundan sonra Bakıda ilk matçımıza çıxacağıq. Bu iki görüşdə müsbət tərəflərimizi gördük, çatışmayan cəhətlərimiz də var. Sabahkı rəqibimiz güclü komandadır, futbolçularının 95 faizi xaricdə oynayır.
- Portuqaliya ilə oyunda ümidverici hissə gördük, amma Qətərlə əksinə oldu. Sabah stabil komanda görə biləcəyik?
- 2 fərqli qarşılaşma oldu. Portuqaliya ilə görüşdə futbolçular utancaq oynadılar, amma ikinci hissədən razı qaldım. Qətərlə oyunda fərqli heyət idi, onları sınamaq üçün meydana buraxdıq. Fiziki cəhətdən yaxşı durumda deyildilər. Amma sonra baş hakim heç nədən rəqibə penalti hədiyyə etdi.
- Son matçda Bəhlul əvəzləndi, zədəsi var idi?
- Bəli, ayağından zədə alıb. Sabah oynamağı sual altındadır.
- Mahir Emreli sabah meydanda olsa, 6 günə 3 matç olacaq. Fiziki cəhətdən çətin olmayacaq?
- Mahir bizim aparıcı futbolçularımızdandır, Qətərlə 65 dəqiqə meydanda oldu. Sabah bilmirəm oynayacaq, ya yox.
- Start heyətini müəyyənləşdirmisiniz?
- Heyətlə bağlı heç bir problem yoxdur. Sabah nəyə malik olduğumuzu göstərmək üçün böyük istəklə meydana çıxacağıq.
- Rəqibin baş məşqçisi Serbiya ilə Azərbaycan yığmalarının hansısa sirrinin olmadığını söylədi. Bəs sizin üçün elə bir sirr var ki, aşağı yaş qrupu üzrə yığmalarımızda çalışan serbiyalı Milan Obradoviç və Miloş Velebitdən öyrəndiniz?
- Bəli, Milanla danışmışıq. Amma indi yox, bir müddət əvvəl. Serblər baş məşqçilərini dəyişiblər, ilk görüşə 4 xal toplayıblar. Böyük təcrübələri var. Təəssüf ki, bizim oyunçularımızda bu təcrübə yoxdur. Bu da iki komanda arasında fərq yaradır.
- Emin Mahmudov böyük təzyiqdən sonra milliyə çağırıldı və artıq əsas heyətdə yer alır. Nə çatmır ki, komanda Eminin ətrafına toplaşıb komanda şəklində oynasın?
- Emin koronavirusla bağlı çətin dönəm keçirdi. Amma böyük təcrübəyə malikdir və hazırda yaxşı formadadır. Seçmə mərhələdən əvvəl onunla ayrıca görüşüb danışdıq. Ona çox inanıram. Ağıllı, ölkəsinə, vətəninə sadiq insandır.
- Milliyə gəldiyiniz zaman ilk mətbuat konfransınızda bildirmişdiniz ki, millidə mentalitet, taktika və çalışqanlıq dəyişməlidir. Bu müddətdə həmin məqamlardan hansında dəyişiklik olub?
- Tez-tez görüşə bilmirik. 6 gündə 3 oyun keçirəcəyik. Portuqaliya ilə oyuna bir həftə əvvəl yığışdıq. Mentalitet üzərində çox işləyirik. Amma bu, qısa zaman ərzində dəyişə bilməz. Futbolçular inkişafa daha çox istəkli olmalı və inanmalıdırlar, heç bir oyunu beyinlərində uduzmamalıdırlar.
- Azarkeşlərimiz çox əsəbidir, sizdən qələbə gözləyirlər. Nəhayət, sabah ilk qələbəni görə biləcəyik?
- Təəssüf ki, mən özüm də buna görə çox narahatam. Bunun üçün meydançada vuruşmaq lazımdır. Hamımızın məqsədi qələbə qazanmaq və azarkeşləri sevindirməkdir.
- Son iki oyuna əsasən deyə bilərsiniz ki, bu komanda final mərhələsinə vəsiqə qazana biləcək?
- Çox tez irəli qaçırsınız. Biz hələ başlanğıcdayıq. Bu gün futbolçularla danışdım. Dedim ki, buna inanmalıyıq. Çünki özümüz inanmasaq, heç nəyə nail ola bilmərik. Qrupun 5-ci komandasıyıq. Amma futbolda həmişə güclülər qalib gəlmir.
- Serbiya yığması ilə 5 dəfə qarşılaşmışıq. 2003-cü ildə bu komanda ilə səfərdə bərabərə qalıb, evdə qələbə qazanmışıq. Həmin dövrdə də indiki kimi, heyətin əsasını yerli çempionatda oynayanlar təşkil edirdi. Serbiyadan bu dəfə minimum 1 xal ala biləcəyikmi?
- Niyə limit qoyursunuz? 10-15 il əvvəl necə olduğunu deyə bilmərəm. Azərbaycanın əvvəlki futbolçuları daha güclü idilər, yoxsa bəxtləri gətirmişdi. Sabah güclü komandaya qarşı oynayacağıq.
- Dediniz ki, Portuqaliya ilə görüşün ilk hissəsini futbolçular utancaq keçirdilər, ikinci hissədə özlərinə daha çox güvəndilər. Səbəb yalnız bu idi, yoxsa fasilədən sonra meydana daxil olan iki futbolçu?
- Bunu başa salmaq çətindir. Bizim heyətimiz Azərbaycan çempionatında oynayır. Öyrəşmədiyimiz üçün ilk hissədə çətinlik çəkdik. Onların futbolçuları TOP Liqalarda oynayır. Həmişə deyirəm ki, nə qədər çox imkan yaradırıq, rəqib daha güclü çıxış edir. Bu səbəbdən qorxmadan mübarizə aparmaq lazımdır.
- Texniki-taktiki baxımdan məşqçi kimi sabaha hansı sözü verə bilərsiniz?
- Texniki baxımdan böyük çətinlik çəkdiyimizi düşünmürəm. Əsas situasiyaları oxumaqda çətinlik olur. Oyunçulara deyirəm ki, gənc yaşda texniki baxımdan kimisə qabaqlaya bilərsiniz. Amma bu yaşda situasiyaları oxumaq lazımdır. İnkişaf üçün addım-addım irəliləməliyik.
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı