“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçin Qol.az saytına müsahibəsi
- Mövsümün sonuna 8 tur qalır. Nəzərə alsaq ki, hazırda ilk pillədə olan “Neftçi” əvvəlki illərdən daha iddialıdır, bu mövsüm sizin üçün hədəfə çatmağın daha çətin olduğunu demək olar?
- Ümumiyyətlə, Azərbaycan çempionatının qalibi olmaq heç vaxt asan olmayıb. Bu il də istisna deyil. O ki qaldı “Neftçi” ilə mübarizəyə, təkcə bu il deyil, həmişə “Neftçi”nin heyətində yaxşı futbolçular olub. Bu komanda hər zaman təhlükəli rəqibdir.
- Çempionatın çox hissəsi geridə qalıb. Baş məşqçiniz Qurban Qurbanov getdikcə futbolçulardan daha çoxunu tələb edirmi?
- Qeyd etdiyiniz kimi, mövsümün sonuna 8 tur qalıb. Ancaq biz 8 oyunu yox, sırf qarşıdakı matçı düşünürük. Rəqibin kimliyindən asılı olmayaraq, növbəti oyunda qələbə qazanmağı hədəfləmişik. Baş məşqçimiz isə həmişə bizim performansımızın yüksək olmasını tələb edir.
- Millimizin heyətində “Qarabağ”dakı komanda yoldaşlarından bir neçəsi çıxış edir. Komandamızın Portuqaliya ilə oyunu Sloveniya – Xorvatiya matçı ilə eyni vaxtda başladı. Hansı oyunu izlədin?
- Demək olar ki, hissə-hissə hər iki qarşılaşmaya baxdım. Bir qədər Sloveniya – Xorvatiya oyununa, bir az da Portuqaliya – Azərbaycan matçına baxırdım. Azərbaycan millisinin qarşısında son Avropa çempionu olsa da, yaxşı mübarizə apardı.
- Qapıçımız Şahrudddin Məhəmmədəliyev Kriştiano Ronaldonun da çıxış etdiyi görüşdə matçın ən yaxşısı oldu. Onun inamlı çıxışı haqda fikirlərini bilmək istərdik.
- Şahruddin bütün mövsüm ərzində yüksək səviyyədə oyun nümayiş etdirir. Hələ məşqlərdə göstərdyi performansı demirəm. Onu da bildirim ki, Şahruddin əla qapıçı olmaqla yanaşı, həm də çox yaxşı, dəyərli bir insandır.
- 2017-ci ildə yoxlama görüşü üçün Xorvatiya millisinə dəvət aldın, ancaq daha sonra çağırılmadın. Bunun səbəbini nədə görürsən?
- Xorvatiya millisi dünyanın ən güclülərindən biridir və ora dünyanın ən güclü liqalarında çıxış edən futbolçular dəvət alır. Ona görə də Xorvatiya millisinə düşmək çox çətindir.
- Ümumiyyətlə, hazırkı Azərbaycan çempionatındakı oyunlarla Xorvatiya millisinə dəvət almaq mümkündür?
- Futboldur, hər şey baş verə bilər. Ancaq bayaq qeyd etdiyim kimi, Xorvatiya millisinə cəlb olunmaq çox çətindir. Mən hazırda bu haqda düşünmürəm. Bütün diqqətimi çempionatın son 8 oyununa yönəltmişəm.
- Xorvatiya mətbuatı xəbər yaymışdı ki, bu ildən Azərbaycan millisinə dəvət oluna bilərsən. Belə bir variant var? AFFA-dan təklif gəlib?
- Bu məsələ ilə bağlı mənimlə heç kim əlaqə saxlamayıb. İstər AFFA olsun, istərsə də digər qurumlardan. Mənim Azərbaycanda çıxış etməyimin 5 ili hələ yayda tamam olacaq. Buna görə də diqqətimi “Qarabağ”ın oyunlarına yönəltmişəm.
Ramiq AĞAMƏMMƏDOV
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər
Avropa çempionatında 2 qələbə
Vinçentso İtaliano: "İlhan belə davam etsə..."
Lamin Yamal: “Qara” deyilməsi məni incitmir”
Hasan Şaş saxlanıldı
“Qartal” “Marsel”i belə “parçaladı” - Video
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avroliqa