"Səbail" klubunun müdafiəçisi Adil Nağıyev Qol.az saytına müsahibə verib.
- Artıq çempionatın sonuna az qalıb. "Səbail"in çıxışını necə dəyərləndirirsiniz?
- Normal çıxış edirik, uşaqlar əzmlə mübarizə aparır. Hər oyun 3 xal üçün meydana çıxırıq. Futboldur də, alınan oyunlar, alınmayanı olur. Amma sonadək çalışırıq ki, layiqli nəticə qazanaq. Qarşıda oyunlar var. Düzdür, rəhbərlik sırf hansına hədəf qoymayıb. Amma biz özümüz çalışırıq ki, medalçılar sırasına düşüb, Konfrans Liqasına vəsiqə əldə edək. Fikrimcə, çempionatda əksər klublar eyni gücdədir. Özünüz şahidi olmusunuz ki, "Səbail" istənilən klubla yaxşı mübarizə aparıb. O üzdən ümid edirəm ki, yaxşı nəticə əldə edə bilərik. Bu fəsilə bizim üçün xeyirli olacaq.
- Klubda maddi durum necədir? Maaşlar vaxtı-vaxtında verilirmi? Mediada bir neçə ayın maaşını almamağınız haqda xəbərlər yayılıb.
- Ümumi olaraq normaldır, o cəhətdən böyük problem yoxdur. Düzdür, bəzən gecikmələr olur, amma maaşlar verilir.
- Əsasən "Zirə" klubunda tanındın, bir növ ulduzunuz orda parladı. Amma sonralar sanki unuduldun. Bunun səbəbi nə idi?
- Elə deməzdim, bütün klublarda əsas heyət üzvü olmuşam. Daim meydanda olmuşam. Sadəcə olaraq komanda nəticə verəndə göz önündə olursan. 2 ildir "Səbail"də çıxış edirəm, ötən il pandemiya üzündən çempionat yarımçıq dayandırıldı, bu mövsüm də davam edir. Hər şey öz yolundadır, sonda nəticə verə bilsək, yenə göz önündə olarıq.
- Ötən mövsüm milli komandaya çağrıldın. Yenə ora can atırsanmı?
- Əlbəttə, millidə həmişə oynamaq istəyirəm. Lüksemburqla debüt oyunumda bir az uğursuz çıxış etdim. İstəməzdim elə səhv edim. Amma hər bir oyunçunun başına gələ bilər. Məni başa düşənlər də oldu, qınayanlar da. Amma üzərimdə çalışıram. Özümü bu dəqiqə milliyə layiq görürəm. Düşünürəm ki, orada olmalı idim. Son zamanlar çox yaxşı formadayam. Dəvət göndərmədilər, sağ olsunlar. İnşallah, yenə dəvət gözləyirəm. Oyunumla sübut edəcəyəm ki, milliyə layiqəm. Ora dəvət olunan futbolçuların heç birindən zəif deyiləm.
- Milli komanda sabah Portuqaliya ilə oyuna çıxır. Gözləntiniz nədir?
- Millimizə uğurlar arzu edirik, çətin oyun olacaq. Rəqibin ustalıq səviyyəsi, oyunçuların gücü hər kəsə məlumdur. Onlar Avropa çempionudur. Bizə gəlincə, Qara Qarayevin yoxluğu böyük itkidir. Buna rəğmən millimizdə yaxşı oyun gözləyirəm. Portuqaliyaya qalib gəlmək çətindir. Amma 1999-cu ildə indiki heyətdən bəlkə də daha güclü olan Portuqaliya ilə 1:1 hesablı bərabərə qalmışıq. İndi də elə bir nəticə əldə etmək olar. Futbolda mümkünsüz heç nə yoxdur. Şəxsən mən də orda olsaydım, yalnız 3 xal üçün meydana çıxacaqdım. Yenə də uğurlar arzulayır, yaxşı nəticəyə ümid edirəm.
- Ukraynanın "Miray" klubundan milli komandanıza Anatoli Nuriyev cəlb olundu. Səncə, o, millimizə kömək edə biləcək futbolçudur?
- Açığı, onun heç bir oyununu izləməmişəm. Adını eşitmişəm. Milliyə dəvət ediblərsə, deməli, üstün cəhətləri var. Mən də istəyirəm ki, milliyə kömək olsun. Bu gün ən çox gözləntini Mahir Emreli verə bilər.
- Gələcək planların haqda nə düşünürsünüz?
- Hazırda fikrimi çempionata yönəltmişəm. Bayaq dediyim kimi üzərimdə çox çalışıram, müqaviləm mövsümün sonu başa çatır. Ən yaxşı təklifi dəyərləndirəcəm. Bundan başqa milli komandaya düşmək, mərhələ adlamaq istəyirəm.
- Hazırda nəticə qazanmaq üçün bizə nə lazımdır?
- Bu, 1-2 cümlə ilə cavab veriləsi sual deyil. Onu deyə bilərəm ki, güvənmək, inanmaq lazımdır. Necə ki, "Qarabağ", əvvəllər pley-offa qədər gedirdi, uğur hesab edirdik. İndi Çempionlar Liqasına düşməyəndə narazılıq edirik. Hər bir məşqçiyə Qurban Qurbanov kimi etimad göstərsələr, nəticə qazanmaq mümkün olar.
Ağa Dadaşzadə
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər