"Sabah" klubunun gənc müdafiəçisi Şakir Seyidov Qol.az saytına müsahibə verib.
- Ötən mövsümə nisbətən az şans qazanmısınız. Səbəb nədir?
- Bu, artıq keçmişdə qalıb. Əvəzedici heyətdən əsas komandaya dönəndən sonra şans qazanıram. Bundan sonra da ümid edirəm ki, yeni baş məşqçi mənə şans verəcək. Öz növbəmdə etimadı doğruldacağam. Həmişə çalışıram ki, yaxşı formada olum, həm məşqdə, həm də oyunda komandaya xeyrim dəysin.
- “Sabah” geniş heyətə malik olsa da, sonuncu pillədədir...
- Bəli, heyətimiz yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, yuxarı pilləyə yüksələk.
- Hazırda sonuncu yerdəsiniz. Geri dönüş edə biləcəksiniz?
- Buna tək mən yox, komanda şəklində hamımız inanırıq.
- Mövsümün sonuna qədər yeni baş məşqçiniz var - Ramin Quliyev. Hansı dəyişikliklər hiss etmisiniz?
- Komandada umumi olaraq hər şey qaydasındadır. Hazırda komanda ruhu var. Bu ab-hava ilə davam edib, yaxşı nəticələr əldə etmək istəyirik.
- Sonuncu olmağınıza baxmayaraq, milliyə "Sabah"ın bir neçə oyunçusu dəvət olundu.
- Baş məşqçi onlara dəvət göndəribsə, deməli, buna layiqdirlər. Mən də düşünürəm ki, onlar milli komandaya kömək edə biləcəklər.
- "Sabah"da hansı məqam qələbəyə mane olur?
- Səbəbini mən də bilmirəm. Lakin hər bir oyuna 3 xal üçün çıxırıq.
- Əvvəlki Şakir olmağın üçün sənə nə lazımdır?
- Mən əvvəlki formamı demək olar bərpa etmişəm. Amma bununla arxayınlaşmıram. Mənə lazımdır ki, daha da artırıb irəli gedim. Əsas məqsədim klubda və millidə aparıcı simalardan olmaqdır.
- Sabiq baş məşqçiniz Visente Qomez çox uğursuz oldu.
- Mən futbolçuyam, işim futbol oynamaqdır. Baş məşqçidən danışmağım düzgün olmaz.
Ağa Dadaşzadə
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"