“Keşlə" klubunun kapitanı Tərlan Quliyev Qol.az saytına müsahibə verib
- "Keşlə"nin geridə qoyduğunuz dövrdəki çıxışını necə dəyərləndirirsiniz?
- Sənan müəllimin gəlişindən sonra komandada müsbət mənada dəyişiklər var. Bütün oyunlarda üstün oyun nümayiş etdirir. Amma təəssüf ki, istəyimizə tam olaraq çata bilmədik.
- Çatmayan isə qələbədir.
- Düzdür. Biz də oturub analiz edəndə görürük ki, üstün olduğumuz oyunlarda son anda konsentrasiyanı əldən verirdik. Komandaya 1 qələbə lazımdır ki, özünə gəlsin.
- Kapitan olaraq "Keşlə"ni arxanca aparmaq nə dərəcədə çətindir?
- Kapitan kimi bu kolektivlə elə də çətin deyil. Üzərimə düşən tapşırıq və tövsiyələri verirəm, uşaqlar da sağ olsun, can-başla qulaq asırlar.
- Mövsümün sonuna az qalıb, hansı nəticə sizi qane edəcək?
- Həm çempionat, həm də kubokda mübarizə aparırıq. Sonadək vuruşub hər iki cəbhədə ən yaxşısını etməliyik.
- "Keşlə"yə" qara zolaq"dan çıxmağa nə mane olur?
- Cəmi bir qələbə qazanmamağımız (gülür)…
- Millidən sənə dəvət gəlmədi. Bunu necə qarşıladanız?
- Milliyə dəvət almadığımı normal qarşılayıram. Amma özümə güvənirəm. Ümid edirəm, mənə dəvət gələr. Ora dəvət olunan futbolçular da zəif deyil. Yəni də dəvət gözləyəcəm.
- Millinin potensialı qrupda neçənci yeri tutmağa kifayət edir?
- Milliyə uğurlar arzu edirəm, amma çətin qrupdur... Sonadək vuruşub qalıb olmalısan. O formanı geyinirsənsə, can qoymalısan. Yaxşı nəticələrə ümid edək.
- Yığmaya əsasən gənclər dəvət olundu. Bu yerdə özünü yaşlı hesab etmirsiniz?
- Xeyr! Mənim 35 yox, 28 yaşım var. Özümü yaxşı hiss edirəm, hər zaman milli komandaya xeyir verə bilərəm.
Ağa Dadaşzadə
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı