Milli komandamıza dəvət alan "Qarabağ"ın oyunçusu Elvin Cəfərquliyev Qol.az saytına müsahibə verib. 21 yaşlı futbolçu ilə söhbətimiz də milli barədə olub.
- İlk dəfədir, milliyə dəvət aldınız. Hansı hissləri keçirirsiniz?
- A milliyə dəvət aldığıma görə çox sevincliyəm. Əlimdən gələni edəcəm ki, məşqçinin inamını qazanım. Milli mənim qürur mənbəyimdir.
- Portuqaliya kimi nəhəng rəqiblə oyunda dəvət aldınız.
- Əlbəttə, Portuqaliya çox güclü komandadır. Belə komandalara qarşı oynamaq bütün futbolçulara əlavə motivasiyasıdır. Ümid edirəm, sonda onlardan xal ala biləcəyik.
- Amma bizi autsayder kimi görürlər.
- Mən belə düşünmürəm, yaxşı oyunçularımız var. Bu fikrləri yaxşı oyun nümayiş etdirib qələbələr qazanmaqla aradan qaldıra bilərik.
- Əvvəllər heyətdə Rəşad Sadıqov kimi təcrübəli futbolçular var idi. İndi demək olar, komanda gənclərdən qurulub. Düşünürsüz ki, bu vəziyyət sizin üçün əlavə şansdır?
- Razıyam ki, əvvələr Rəşad Sadıqov kimi təcrübəli futbolçularla oynamaq adama rahatlıq verirdi. Komandada indi də gənc olmasına baxmayaraq, təcrübəli oyunçular var. İnanıram ki, mən də özümü yaxşı tərəfdən göstərib oyunumla hər kəsin rəğbətini qazanacağam.
- Səncə, milli qrupda neçənci yeri tutsa, uğur hesab etmək olar?
- Rəqiblərimiz güclüdür. Önəmli olan hər bir komandaya qarşı əzmkar çıxıb edərək qələbə qazanmaqdır. Təslim olmamaq işin əsas mahiyyətidir. Bacardıqca xallar toplayıb qrupu üst pillələrdə bitirməliyik. Məncə, uğur budur.
- De Byazi çox iddialı açıqlamar verir. O, sizə də bu özgüvəni aşılaya bilir?
- Mən millidə yeniyəm, bu haqda geniş danışa bilməyəcəm. Amma məşqçi inamlı olanda futbolçulara da təsir edir.
- "Yuventus"un meydanı "Allianz Arena"da meydana çıxacaqsınız. Gələcəkdə "Qoca Sinyora"nın şərəfini qorumaq kimi arzunuz var?
- Əlbəttə, hər bir futbolçu kimi mən də TOP klublarda oynamaq istəyirəm. Lakin indi "Qarabağ"ın futbolçusuyam və bundan qürur duyuram.
Ağa Dadaşzadə
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü