Azərbaycan milli komandası və "Keşlə" klubunun müdafiəçisi Azər Salahlı Qol.az saytına müsahibə verib.
- Təcrübəli oyunçularınız olsa da, qələbə qazana bilmirsiniz. Tez-tez baş verən baş məşqçi dəyişikliyi buna nə dərəcədə təsir edir?
- Sizin də qeyd etdiyiniz kimi, çox yaxşı heyətimiz var. Amma uğursuzluğu məşqçi dəyişikliyində görmürəm. Düzünü deyim ki, həm məşqçilər korpusu, həm də futbolçular var gücü ilə çalışır ki, bu uğursuzluğa son qoyaq.
- 10 oyundur qalib gələ bilmirsiniz. Yolunda getməyən nədir?
- Oyunlarımız pis alınmır, çoxlu qol vəziyyəti yaradırıq. Amma bəxtimiz gətirmir. İnanıram ki, tezliklə qələbələr gələcək.
- Son 3 oyunda "Keşlə"nin qollarını müdafiəçilər vurur. Hücumçularda problem var?
- Əsas qolların kimlərin vurması deyil, qələbə qazanmaqdır. Hər bir futbolçu qol vurmaq istəyir ki, komanda qələbə qazansın.
- Səncə, yeni transferlər komandaya xeyir verə bilir?
- Nəinki yeni transferlər, bütün heyət səylə çalışır ki, komandaya xeyir versin.
- Millinin son oyunlarında start heyətdə meydana çıxırdınız. Novbəti oyunlarda da belə olacağını gözləyirsiniz?
- Gərək əvvəlcə toplanışa dəvət alım. Sonra əlimdən gələni edəcəyəm ki, əsas heyətdə yerimi qoruyub saxlayım. Lakin son qərarı məşqçilər verir.
- Əksəriyyət millimizi autsayder görür, amma baş məşqçi Canni De Biyazi çox iddialı danışır. Bu haqda sənin fikrin nədir?
- Futbolda hər şey olur. Əsas odur istəklə, əzmlə mübarizə aparasan. Belə olduğu halda qələbələr olacaq.
- Portuqaliya ilə oyuna çıxsan, Ronaldonun formasını alacaqsan?
- İmkan olsa, niyə də olmasın?! (gülür)
Ağa Dadaşzadə
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov