"Səbail" klubunun yarımmüdafiəçisi Ruslan Hacıyev Qol.az saytına müsahibə verib
- Ötən tur “Qəbələ”yə qarşı matçda qırmızı vərəqə almağına səbəb nə oldu?
- Qırmızı vərəqə aldım və buna görə çox məyusam. Komandanı pis vəziyyətdə qoydum. Səbəbi qeyri-idman hərəkəti idi. 3 xal qazana bilərdik. Səhvlərimi düzəldəcəyəm.
- Aftandil Hacıyev hər dəfə qeyd edir ki, hücumda qol çatışmır. Sən bunun səbəbini nədə görürsən?
- Bunu baş məşqçimiz deyirsə, bildiyi nəsə var. Aftandil müəllim analiz edir, səhvlərimizi bildirir. Gələcək oyunlarda çalışacağıq ki, bu qədər qol epizodunu boşa verməyək.
- Sanki bütün gücünü ortaya qoya, potensialını tam olaraq aça bilmirsən. Zədəyə meyilli olmağın buna təsir edirmi?
- Bu mövsüm mikro zədələr aldım, bir neçə oyun buraxdım. İnşallah, bundan sonra zədə olmaz və daha yaxşı formada çıxış edib komandama xeyir verərəm.
- "Səbail"in aparıcı gənc futbolçularındansan. Amma bəzi klublarda gənc oyunçulara yetəri qədər şans vermirlər.
- Bu gün hər klubumuz yetərincə gənc oyunçumuz var. Onlara daha çox şans almasını istərdim.
- "Qarabağ"ın oyunçusu kimi icarə əsasında "Səbail"də çıxış edirsən. Yenidən Ağdam klubuna qayıtmaq istəyirsən?
- Əlbəttə. Ən çox bunun üçün çalışıram ki, ora geri dönüm.
- Özündə hansı çatışmayan cəhətləri görürsən?
- Müdafiə olunmaqla bağlı komandama az kömək edirəm. Çalışıram ki, bunu aradan qaldırım.
- Mövsümün sonuna az qalıb. Sənə görə bu gedişlə neçənci yeri tuta biləcəksiniz?
- Hər oyun bizim üçün vacibdir. Bacardıqca yuxarı yerlər üçün mübarizə aparırıq.
- A milli komandaya düşmək haqda düşünürsən?
- Bütün futbolçular kimi mən də istəyirəm ki, milliyə dəvət alım. Bunun üçün yaxşı oyunlar keçirib, çoxlu məşq etmək lazımdır. Meydanda nə qədər çox olsam, bir o qədər yaxşıdır. İnşallah, millinin formasını geyinmək mənə də nəsib olar.
Ağa Dadaşzadə
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı