Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov Qol.az saytına müsahibə verib.
- Millinin məşqçisi olaraq, çempionatımızın və futbolçularımızın bugünkü durumu haqda nə deyə bilərsiniz?
- Çempionatda gərgin mübarizə gedir, yavaş-yavaş finişə çatmağa yaxınlaşır. Futbolçuların fiziki durumuna gəlincə, bu vaxtı fiziki problem olmamalıdır, varsa demək ki, əvvəldən olub. Təbii ki, TOP çempionatları götürəndə müəyyən geriləmələr var. Sırf Azərbaycan çempionatını götürsək, onu deyə bilərik ki, gözə çarpan böyük problem yoxdur. Klubların səviyyəsi demək olar ki, eynidir. Hər şey göz önündədir.
- "Qarabağ və "Neftçi" arasında çempionluq yolunda gərgin mübarizə var. Şansları necə dəyərləndirirsiniz?
- Ötən gün "Zirə"nin məğlubiyyətindən sonra onu deyə bilərəm ki, qızıl medal uğrunda mübarizə" Qarabağ" və "Neftçi" arsında gedəcək. Xal fərqi də bunu deyir. "Qarabağ" və “Neftçi” hər oyuna final kimi hazırlaşır. Deyilənə görə, "Neftçi" yaponiyalı futbolçu Honda ilə heyətini gücləndirmək niyyətindədir. Komandalar hər bir şansdan istifadə etmək istəyir. "Zirə"yə gəlincə düşünürəm ki, bürünc medallar uğrunda şansları çoxdur. Dördüncü yerə isə əsas namizəd "Sumqayıt" və "Qəbələ"dir
- Zamanında "Neftçi"nin baş məşqçisi olmusunuz. Sizin dövrünüzlə indikini müqayisə etsək, hansı fərqləri deyə bilərsiniz?
- Hər komandan öz gücü var, performansı var. O vaxtkı çempionat daha maraqlı idi, oyunçular, xarici məşqçilər, klublar - "Xəzər Lənkəran", "Bakı" liqaya rəng qatırdı. O dövrdə yerlilərdən mən, Nazim Süleymanov, Qurban Qurbanov idi Xaricilərdən Mirça Rednik, Kaxaber Sxadadze, Şefer kimi məşqçilər çalışırdır. Fikrimcə, o vaxtkı çempionatın səviyyəsi daha üstün idi. Amma indikinin də öz marağı var. Ən azı hansına komandanı o birindən üstün saymaq olmaz. Çünki hər bir komada surprizə imza ata bilir.
- "Neftçi" "Qarabağ" eyni xalla birinci-ikinci yerləri bölüşür. Fikrinizcə, çempion kim olacaq?
- Əvvəldən deyirdilər ki, çempion "Qarabağ" olacaq. Amma son oyunlar onu göstərir ki, "Neftçi" də zəif deyil. Amma məncə, çempionluq 55 faiz "Qarabağ"ın, 45 faiz “Neftçi”nin tərəfindədir. "Qarabağ"ın oturuşmuş heyəti və təcrübəsinə görə belə demək olar. Yenə də deyirəm, hər iki klub iddialı və güclüdür. Əsas istəyimiz odur ki, çempionat son tura kimi belə gərgin, maraqlı getsin. Digər mövsümlərdə sona bir neçə tur qalmış artıq bilinirdi ki, kim çempiondur. Ona görə maraq da azalırdı.
- Premyer Liqamızda gənc futbolçulardan kimləri qeyd edərdiniz?
- Müsbət məqamdır ki, klublar gənclərə üstünlük verir. Misal üçün "Zirə"də Musa Qurbanlı, Cəlal Hüseynovu qeyd edərdim, Rəşad Sadiqov onlara şans verir. "Qəbələ" və "Sabah"dakı gəncləri də vurğulamaq istərdim. Bütün bunlar müsbət məqamlardır. Bayaq mənim "Neftçi"də olan dönəmimdən danışdıq. O vaxtlar klublarən üzərində çox təzyiq var idi, hamısı nəticə istəyirdi. Bu gün isə elə təzyiq yoxdur. Gənc məşqçilərimizin özlərini yaxşı tərəfdən göstərmək imkanı var. Futbolçunu 18 yaşında oynatmaqla Azərbaycana qazandırmaq olar, 23-25 yaşında yox. Xaricdə 23 yaşlı futbolçular peşəkar sayılır. "Mançester Yunayted"də Reşford 16-17 yaşında əsas komandaya qoşuldu, indi isə liderdir. "Arsenal" və "Çelsi"də də belə nümunə çoxdur. Həmin o gənclər indi adlarından söz etdirir. Bizdə də belə olmalıdır.
- Gənc məşqçilərdən hansının fəaliyyətini bəyənirsiniz?
- Mənim konkret ad çəkməyim düzgün çıxmaz. Hər birinə uğurlar arzu edirəm. Onlara şans verilib, ondan istifadə edib nəticə versinlər. Hərəsinin öz fəlsəfəsi var. İnanıram ki, hər biri yaxşı nəticə göstərəcək.
Ağa Dadaşzadə
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü