“Moldova haqda məlumatımız çox idi. Onlarla dəfələrlə qarşılaşmışıq və oyun üslublarına bələd idik”.
Bu sözləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli deyib.
Qrup mərhələsi çərçivəsində keçirdiyi üçüncü oyunda Moldovanı qəbul edən yığmamız 5:1 hesablı qələbə ilə liderliyini möhkəmlədib. Təbii ki, bu qələbənin əldə olunmasında hücumçularımızın vurduğu qollarla bərabər, qapıçımızın da inamlı oyunu mühüm rol oynayıb. Hüseynli qələbəyə aparan yoldan danışan zaman bunları deyib: “Bir-iki dəyişikliyi istisna etsək, demək olar ki, heyətləri də dəyişilməzdir. Baş məşqçimiz Slovakiya ilə oyunlarını analiz etmişdi, tapşırıqlarını vermişdi. Bir sözlə, hesab rəqibi necə incələdiyimizi göstərdi”.
Qolkiper Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında rəqibin qapıçını meydan oyunçusu ilə əvəzləməsinə rəğmən hesabı dəyişə bilməməsinə də toxunub: “Moldova təxminən 5 dəqiqə meydanda üstünlük qazanmağa çalışdı. Onlar qapıçını meydan oyunçusu ilə əvəzləsələr də, cəmi bir dəfə qol vurmağa yaxın oldular. Bu da baş məşqçimizin rəqibi nə qədər yaxşı təhlil etdiyini göstərir”.
Hüseynli baş məşqçinin əsas tapşırığının erkən qol vurmaq olduğunu bildirib: “Alesio dedi ki, qol epizodlarından düzgün istifadə etməli və hesabı erkən açmalıyıq. Çünki Moldova futzalçıları müdafiəyə çox diqqət ayırırdı, sanki meydana 1 xal qazanmaq üçün çıxmışdı. Top onlarda olanda hücuma qoşulmaqdan çox, vaxtı udmağa çalışırdılar. Vurduğumuz qoldan sonra rəqib müdafiədən çıxmağa başladı. Ondan sonra biz oyuna tam diktə edən tərəf olduq və 3 xal qazandıq”.
Cavab matçına da toxunan qapıçı bunları deyib: “Fərqli taktika ilə oynayacaqlarına inanmıram. Ola bilsin, topa nəzarət etməklə bərabər, hücumlar qurmağa çalışsınlar. İddialarını davam etdirmək üçün xal qazanmaq istəyəcəklər və buna nail olmaq üçün bütün güclərini səfərbər edəcəklər. Əslində bu bizə sərf edir. Açıq oyun zamanı onlar boşluq verəcək, biz də bundan istifadə edəcəyik. Bu, mənim fikrimdir. Əlbəttə, yekun qərarı, tapşırığı baş məşqçi verəcək. Biz isə onun istəyini həyata keçirəcəyik. Məqsədə doğru yolda Kişinyovdan da 3 xalla dönməliyik”.
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"