“Neftçi” və “Keşlə”nin sabiq baş məşqçisi Tərlan Əhmədovun Qol.az saytına müsahibəsi
-Bir vaxtlar "Neftçi", sonra "Keşlə" ilə uğur qazanıb Avropa Liqasına vəsiqə qazansanız da, nədənsə, hər iki klub sizinlə yolları ayırdı. Bunun səbəbini nədə görürsünüz?
- Açığı, səbəbini bilmirəm. Amma bizim işimiz nəticə verməkdir. Hər iki klubda mənim müqaviləm 1 illik idi. Mövsümün sonunda isə rəhbərlik qərara aldı ki, müqavilə artırılmasın. Səbəbini bilmədim. Lakin klub səviyyəsində həll olunan məsələ idi. Görünür ki, yeni fikirlər, ideyalar olub. Hər halda bu sualı qarşı tərəfə ünvanlasanız, daha yaxşı olar.
- Bəs özünüz bu qərarları necə qarşıladınız?
- Orda müqavilə əsasında işləyirik. Əlavə 1 il müqaviləm olsa idi, başqa. Amma mənim müqaviləm 1 il üçün nəzərdə tutulmuşdu. Müqavilə artırılmadısa, burda qeyri-adi bir şey yoxdur. Hər klubun öz strategiyası var - yeni nəticələr əldə etmək və sair. Amma məsələ budur ki, nəticə verən məşqçi yola salınıb. Haqqımız yeyilib, yeyilməyib onu deyə bilmərəm. Dünya özü haqsız dünyadır. Yenə də deyirəm, bizim işimiz nəticə verməkdir. Mən də nəticə vermişəm.
- "Keşlə"dən ayrıldıqdan sonra AFFA-dan və ya hansısa klublardan iş təklifi gəlib?
- Bir ara fikirlər dolaşdı ki, mən Elxan Məmmədovla görüşmüşəm, U-21 millisi üçün iş istəmişəm. Amma “Keşlə”də müqaviləmə xitam verildiyi avqustun 8-dən bu günə qədər mən heç kimlə görüşməmişəm, heç kimdən də iş istəməmişəm. Bunu sizin vasitəsinizlə də deyirəm, heç kəsə ağız açıb deməmişəm ki, mənə bir iş ver, kiminsə üstünə xahiş üçün adam göndərməmişəm. Heç bir klubdan dəvət gəlməyib, heç bir klubun əməkdaşı ilə də əlaqə saxlamamışam. Heç onlar da mənə zəng etməyib. Çünki hər bir klubun baş məşqçisi var, rəhbərliyi var. Yəni bu günə qədər də hər biri davam edir, istər uğurlu, istər uğursuz. “Keşlə”dən ayrıldıqdan sonra Elxan Məmmədovla görüşüm olmayıb. Onunla səhv etmirəmsə "Keşlə"də çalışan zaman görüşmüşəm. Səmimi, normal görüş olub. Mən o adamdan pislik görməmişəm. Mənim ona, onun da mənə hörməti var. Elxan Məmmədov federasiya rəsmisidir, onun kluba heç bir aidiyyatı yoxdur. Son 8 ayda evdə oturmuşam, çempionatları izləyirəm, maraqlanıram, analiz edirəm özüm üçün.
- Son vaxtlar "İdman TV" də ekspert kimi çıxışlarınız olur. Ekspert kimi çıxış etmək necə bir hissdir?
- Maraqlıdır. Daha çox analiz, müşahidə edirsən, baxırsan. Müzakirələr gedir, yeni ideyalar ortaya çıxır, yeni fikir formalaşır. Sakit baxıb bəzi şeyləri analiz edəndə görürsən ki, nə qədər görmədiyin epizodlar olur. Sonra görürsən ki, həmin çıxışları sosial şəbəkələrdə müzakirə edirlər, insanların fikri ortaya çıxır. Səhvlərini düzəldirsən. Maraqlı layihədir, mən də çalışıram ki, daha açıq şəkildə müzakirə edim. Məşqçi işləyən vaxtı görürdüm ki, mətbuatda, TV-də mütəxəssislər məni də tənqid edirlər, hansına çatışmazlıqları dilə gətirirlər. Onu da müşahidə edirdim ki, mənim görmədiyim epizodlar kənardan daha tez, daha qabarıq görür. İnsanların tənqidinə həqiqət də olurdu. Analiz etmək mənim üçün çox xoşdur. İnkişaf edirsən, səhvlərini düzəldirsən. Səhv həmişə olur, gərək onu minimuma endirəsən. Taktikada, texnikada, strategiyada, fəlsəfədə, yanaşmada olan boşluqları düzəltmək lazım olur, bu da çox kömək edir.
- Sabiq klubunuz "Neftçi" ilə bağlı tənqidi fikirləriniz çox olur. Buna qarşı tərəfdən nə kimi reaksiyalar verilib?
-Tənqid olub. "Qarabağ" haqda da tənqidi fikirlər səsləndirirəm. Amma bu o demək ki, kiməsə qarşı qərəzli mövqedəyəm. Biz "Sabah"ı da müzakirə edirik, işimiz analiz etməkdir. Nədirsə onu deyirik. Kiminsə haqqına girmirik, kiminsə işinə kölgə salmaq üçün söz demirik. Düzü, mənim üçün maraqlı deyil kim nə deyir, kim nə demir. Sadəcə, epizodları, səhvləri müzakirə edirik. Hər halda bunlar kimlər üçünsə maraqlı, kimlər üçün maraqsız ola bilər. Bizim də səhvlərimiz olur. Təbiidir. Biz sözün düzünü deyirik. Tənqid etmək mənasında hələ o qədər formalaşmamışıq. Misal üçün Türkiyədə Rıdvan Dilmən maraqlı fikirlər söyləyir, tənqidlər edir. Bütün dünyada belədir.
- Sabiq komandanız “Keşlə”nin hazırkı çıxışını necə dəyərləndirirsiniz?
- Mən “Keşlə”dən daha yaxşı çıxış gözləyirdim. İyun-avqust aylarında komandanı formalaşdıranda bizim fikrimiz tamamilə başqa idi. İndi komanda bir hissə normal, digər hissə zəif oynayır. Normal çıxış edə, nəticə verə biləcək yaxşı heyət var. Amma komanda niyə belə çıxış edir, nə baş verir, onu deyə bilmərəm. Mənim üçün ürək ağrısıdır. Hər halda 20 ay o klubda işlədim, ağır dönəm keçirdik, ağır çempionatı geridə qoyduq. İstədik ki, komanda yaxşı nəticə qazansın. Hər halda 3-cü yer yaxşı göstərici idi. Komanda bu il daha yaxşı çıxış edə bilərdi. Yəqin yeni məşqçilər, yeni futbolçuların uyğunlaşma prosesi vaxt aparır. Amma “Keşlə” yaxşı yerdə olmalı idi. İstər birinci dövrə, istər ikinci dövrədə yaxşı heyəti var idi. Təəssüf ki, futbolun görünməz acı tərəfləri olur. Qara zolağa düşürsən, alınmır ki, alınmır. Ola bilsin sonra “qara zolaq”dan çıxar.
- Hazırkı Premyer Liqada intiriqa yaranıb. “Qarabağ” , “Neftçi” və “Zirə”nin çempionluq şansı daha artıq görünür. Siz Premyer Liqadakı bu rəqabətin səbəbini nə ilə əlaqələndirirsiniz?
-Keçən ilki mövsümün ssenarisinə bənzəyir. İndi"Keşlə"ni" Zirə" əvəz edir. Biz də birinci dövrədə 23 xal toplamışdıq, bu mövsüm "Zirə"də 23 xal topladı. Həmin prosesdir. Həm "Neftçi"nin, həm də "Qarabağ”ın oturuşmuş heyəti var, maliyyə baxımdan bütün klublardan irəlidədirlər. "Neftçi"nin adı da var. Son illər çempionluğa oynayır, bir ara 6-7 yerlər uğrunda mübarizə aparırdı. Yenə də çempionluq" Neftçi" və "Qarabağ" arasında gedəcək. "Zirə", "Sumqayıt" və "Qəbələ" isə bürünc medallar uğrunda yarışacaq.
- Sizə görə, bu ilki çempionluğa ən layiqli komanda hansıdır və proqnozunuz necədir? Çempion kim olacaq?
-Oyun baxımdan "Qarabağ" üstündür. Düzdür, qış fasiləsindən sonra komanda sönük oyun nümayiş etdirirdi. Amma "Sumqayıt"la oyunda - baxmayaraq ki, heç-heçə oldu - yaxşı çıxış etdilər, demək olar oyun boyu "Qarabağ" hücum etdi. Qol vurmasa belə, baxımlı oyun nümayiş etdirdi. Dünyada bu problem var. "Barselona" "Real Madrid" kimi klublar da hücumda problemlər yaşayır. Bu, futboldur. Həmişə qol vurub, qalib ola bilməzsən. Oyun və heyət baxımdan çempionluğa namizədim "Qarabağ"dır.
-Bu ilki çempionatda sizi təəccübləndirən və ya oyun tərzini bəyəndiyiniz komanda varmı?
-"Qəbələ"... Çox xoşuma gəlir. Elmar Baxşıyevə təşəkkür düşür. Baxmayaraq ki, maliyyə imkanları aşağıdır, komandanın oyunu çox baxımlıdır. Demək olar ki, bütün rəqiblərlə başa-baş oynaması, açıq futbol göstərməsi təqdirəlaydir. Qalib gəldiyi oyunlara baxanda görürsən ki, komanda daha istəklidir. Çox nizam-intizamlı oyun nümayiş etdirirlər. Hətta məğlub olsalar da çalışırlar ki, öz oyunlarını diktə etsinlər. Bu komandaya alqış düşür.
Ağa Dadaşzadə
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi