Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda çimərlik futbolu üzrə millimizin baş məşqçisi Zeynal Zeynalov Qol.az-a müsahibə verib.
- Yeni mövsümə az qalıb. Federasiyanın qarşıdakı planları nədən ibarətdir?
- Hazırda Avropada vəziyyət yaxşı deyil. Bizim də oyun və yarış təqvimlərimiz hələ təqdim olunmayıb. İyun ayında EBCL-in (Avropa Çimərlik Futbolu Liqası) baş tutacağı gözlənilir. 16 komanda arasında 2 mərhələdən ibarət olacaq turnirdə ən yaxşı nəticə göstərən 8 komanda növbəti mərhələyə vəsiqə qazanacaq.
- Daxili çempionatda vəziyyət nə yerdədir?
- Çempionatı yayda keçirdirik. Ötən mövsüm pandemiya şəraitinə görə icazə verilmədi. Bu il də necə olacağını bilmirik. Hələ ki, komanda fiziki və seleksiya xarakterli məşqlər edir.
Hər şey yaxşı olsa bu ilin iyulda dünya çempionatına seçmə mərhələsinin keçirilməsi gözlənilir.
- Bəs, komanda üzvlərinin fiziki durumu barədə nə deyə bilərsiniz? Bayaq dediniz ki, məşqlər keçirilir.
- Fiziki durumdan razı ola bilmərik. Çünki istədiyimiz kimi məşq edə bilmirik. Martda seleksiya xarakterli və fiziki durumu yaxşılaşdıran təlim-məşq toplanışı keçirmək istəyirik. Təbii ki, karantin qaydaları buna icazə versə...
- Pandemiyadan başqa, komandanızın normal fəaliyyətinə əngəl yaradan digər problem varmı?
- Xeyr, tək problem elə budur. Bütün dünyada olduğu kimi.
- Özünüzdən danışaq. Uzun illər futbol üzrə Azərbaycan milli komandasının şərəfini qorumusuz. Yaddaşınızda hansı xatirələr qalıb?
- Çoxdur, həm böyük futboldan xatirələr var, həm də çimərlik futbolunda. Hansını deyim, bilmirəm.
- 2009-cu ildə Bakıda Tofiq Bəhramov adına respublika stadionunda əfsanəvi Ispaniya millisi ilə qarşılaşdınız. Səhv etmirəmsə, David Vilyanın burnunu qırmışdınız.
- Xeyr, burnunu sındırmamışam. Həmin epizodda onun qaşı partladı. Bilərəkdən olmamışdı, yıxılanda dirsəyim dəydi. O epizoddan sonra əvəzləndi. Açığı, özüm də istəməzdim elə hal yaşansın. Amma bu, futboldur.
- Çimərlik futbolunda yaşadığınız ən gözəl anınız hansıdır?
- Biri elə bizim A divizonuna yüksəlməyimiz. Sonuncu oyun heç yadımdan çıxmaz. Macarlarla oyun. Hakım açıq-aşkar rəqibin tərəfini tuturdu. Niyyəti hər cəhdində rəqibə kömək etmək idi. Sonda haqq-ədalət öz yerini tapdı. Penalti zərbələrində daha yaxşı oynayaraq qələbə qazandıq. Onunla da A divizonuna yüksəldik.
- Böyük futbolu bitirənlər əsasən bu sahədə qalıb baş məşqçi olur. Amma siz çimərlik futbolunu seçdiniz.
- Çimərlik oynamamışdım deyə buradan təklif gəldi, ona görə dəyərləndirdim. Hələ ki, böyük futboldan mənə hələ təklif gəlməyib.
- Çimərlik futbolunda hansı məşqçi kateqoriyasına maliksiniz?
- Böyük futboldan fərqli olaraq burda elə bir şey yoxdur.
- Böyük futbolla çimərlik futbolunun hansı fərqlərini qeyd edərdiniz?
- Böyük futbol təbii ki, prioritetdir. Amma çimərlik futbolunun da öz gözəl xüsusiyyətləri var. Burada müxtəlif gözəl zərbələr (qayçı və sair) daha çox olur.
- Çimərlik futbolunu oynayanlar əsasən dırnaq və barmaq zədələrindən şikayət edirlər. Bu fikirlə razısınız?
- Əlbəttə. Ayaqyalın oynadığına görə hər bir sərt təmas zədə ilə nəticələnə bilir.
- Hazırda bizim əsas rəqiblərimiz kimlərdir?
- Rusiya, İtaliya, Portuqaliya, İspaniya. Bunları qeyd edərdim.
- Onların öhdəsinə gələ biləcəyik?
- İnşaallah. Bunu zaman göstərəcək.
Ağa DADAŞZADƏ
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"