"Yuventus"un futbolçusu Kriştiano Ronaldo futbol tarixinin ən yaxşı bombardiri olub.
Qol.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (IFFHS) məlumat yayıb.
IFFHS yalnız rəsmi oyunlarda ən yüksək səviyyədə vurulan qolları nəzərə alıb.
Portuqaliyalı hücumçu son olaraq İtaliya çempionatının 24-cü turunun "Verona" ilə matçda (1:1) fərqlənib. Bu, 36 yaşlı hücumçunun karyerasında 766-cı qolu olub. Bununla da Ronaldo bu göstəricidə rekordçu Peleni geridə qoyub. Braziliyalı əfsanə karyerasında 765 dəfə qol vurub.
Qeyd edək ki, Ronaldo bu mövsüm "Yuventus"da 29 matça çıxıb, 26 qol vurdu və 3 məhsuldar ötürmə verib.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri