"Liverpul"un baş məşqçisi Yurgen Klopp hücumçu Məhəmməd Salahın komandadakı gələcəyi haqda danışıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, misirli hücumçunun yaxın vaxtlarda Mersiyayd təmsilçisini tərk etməyəcəyini deyib:
“Oyunçularımı tərifləmək biraz qəribədir, baxmayaraq ki, onlar xoşuma gəlir. Salahın vəziyyətində rəqəmlər özləri danışır. Məhəmməd ümumilikdə futbolçu kimi böyüyüb. O, bizim üçün çox vacib bir oyunçudur, uzun müddət "Liverpul"da oynayacaq".
Qeyd edək ki, Salah bu mövsüm 35 oyunda 24 qol və 4 qolun ötürməsini verib.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri