"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne növbəti uğuruna imza atıb.
Qol.az Premyer Liqanın saytına istinadən xəbər verir ki, o, buna 26-cı turda "Vest Hem"lə matçda nail olub.
29 yaşlı yarımmüdafiəçi 1 qolun ötürməsini verməklə çempionatdakı assistlərinin sayını 77-yə yüksəldib. Beləliklə, belçikalı oyunçu Premyer Liqada ən çox qol ötürməsi verən futbolçuların sıralamasında 10-luğa yüksəlib.
Cədvələ "Mançester Yunayted"in sabiq oyunçusu Rayan Giqqs başçılıq edir (162). "Arsenal"ın və "Çelsi"nin keçmiş futbolçusu Sesk Fabreqas 2-ci (111), "Mançester Yunayted"in sabiq kapitanı Ueyn Runi isə 3-cüdür.
Qeyd edək ki, bu mövsüm De Brüyne Premyer Liqada 19 matça çıxaraq, 3 qol vurub və 11 qolun ötürməsini verib.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri