Millimizin rəqibində yeni məşqçi

Millimizin rəqibində yeni məşqçi
DÜNYA FUTBOLU 27 Fevral 2021 / 16:29 1197
-  A +

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi İrlandiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
 
Qol.az xəbər verir ki, bu barədə İrlandiya Futbol Federasiyası məlumat yayıb. “Çelsi” klubunun məşqçisi Entoni Berri İrlandiya yığmasının çalışdırıcısı Stiven Kenninin köməkçisi təyin olunub.
 
Xəbərdə o da bildirilib ki, Entoni hər iki komandada çalışacaq. O, yığmanın düşərgəsinə seçmə mərhələ oyunları ərəfəsində qoşulacaq.
 
Qeyd edək ki, İrlandiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindəndir.
 
Millimiz A qrupunda İrlandiyadan başqa Portuqaliya, Serbiya və Lüksemburqla da mübarizə aparacaq. İrlandiya ilə ilk görüş sentyabrın 4-də səfərdə, ikinci matç isə oktyabrın 9-da Bakıda baş tutacaq.

Son xəbərlər