“Keşlə” klubunun müdafiəçisi Şəhriyar Əliyev Qol.az saytına müsahibə verib.
- “Sabah” la bərabərə qaldınız. Növbəti tur hazırda sizdən 1 xal öndə olan “Səbail” in qonağı olacaqsız. Oyun barədə nə düşünürsünüz?
- 2 oyundur ki, öndə olduğumuz matçlar bərabərliklə bitir. Deyərdim ki, “Zirə” və “Sabah”la olan görüşlərdə öndə olsaq da, ani səhvlərdən qol buraxdıq. Bu oyunlarda itirdiyimiz 4 xal bizi geri saldı. Bu xalları qazansaydıq, dördüncü yerlə olan komanda ilə aramızda böyük fərq olmayacaqdı. Qarşıda “Səbail” lə oyundur, hazırlıqlarda baş məşqçinin sözlərinə diqqətə qulaq asırıq. Bildiyiniz kimi “Səbail” evdə yaxşı oynayır, onların da öz oyun üslubu var. Tapşırıqları yerinə yetirsək, inanırıq ki, sonda 3 xal bizim olacaq.
- Sənan Qurbanovun gəlişindən sonra komandada hansı dəyişikliklər olub?
- Hər biz məşqçinin öz sistemi var. Sənan müəllim gəldiyi gündən iclaslarda öz futbol sistemini başa saldı. Elə olur ki, həftədə 2 ya da 3 dəfə iclas olur. Bütün incəlikləri başa salır. Ümid edirəm, oyundan-oyuna daha da yaxşı çıxış edəcəyik.
- Sonuncu yerdən qurtulmaq üçün hansı planlar var?
- Deməzdim ki, arada böyük fərq yaranıb. Çempionatda 2-3 oyun ard-arda qələbə qazananda, turnir cədvəlində mövqeyin dəyişir. Hər oyuna qələbə üçün çıxırıq, sadecə olaraq, hazırda "qara zolaq"dayıq. İtirdiyimiz xallara görə çox peşmanlıq çəkirik. İnanıram ki, yaxşılığa doğru dəyişəcəyik. Onu da deyə bilərəm ki, oyunumuzda xeyli irəliləyiş var.
- Klubunuzun rəhbəri Zaur Axundov yeni məşqçinin gəlişindən sonra qarşıya hansısa hədəf qoyub?
- Zaur müəllim həm çempionatda, həm də kubokda maksimum uğur qazanmağımızı istəyir.
Ağa DADAŞZADƏ
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi