"Everton"un baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi haqda danışıb.
Qol.az BBC-yə istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisində uzun müddət çalışmaq istədiyini deyib:
"Mümkün qədər "Everton"da qalmağı düşünürəm. Yeni stadionun açılacağı anı yaşamaq istəyirəm. Bu mənim üçün yaxşı bir nailiyyət olacaq.
Məncə müqaviləm sona çatanadək klubla yaxşı işlər görəcəyiksə, yollarımızı ayırmaq ehtimalı yoxdur. Çox güman ki, mənimlə davam edəcəklər".
Qeyd edək ki, Ançelottinin "Everton"la hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?